Nida Təhlil
Büdcənin icrasında qeyri-sabitlik yarana bilməz - ŞƏRH
“Dövlət büdcəsinin icrasında qeyri-sabitlik ortaya çıxa bilməz”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
İqtisadçı bildirib ki, neftin qiymətinin bu səviyyədə düşəcəyini neft hasil edən ölkələr, müvafiq ekspertlər və beynəlxalq maliyyə qurumlarının heç biri proqnozlaşdırmırdı: “Hər şey çox sürətli şəkildə baş verdi. “Qara qızıl”ın sürətlə dəyər itirməsində həm dünya iqtisadiyyatı üzrə tələbin aşağı enməsi, həm də Səudiyyə Ərəbistanı və Rusiya arasında növbəti qərarın qəbul edilməsində ziddiyətin ortaya çıxması mühüm rol oynadı. Bu iki səbəbə görə neftin dəyəri birdən-birə 60 dollardan 30 dollara düşdü”.
P.Heydərov əlavə edib ki, neftin qiymətinin aşağı düşməsi məsələsi hökumətin müvafiq iqtisadi kursunda, növbəti ilin proqnozlarında, dövlət büdcəsi layihəsi işlənib hazırlanarkən qabaqcadan nəzərə alınan ən mühüm amil olub: “Bu siyasət həm əvvəlki dövrdə, həm indi, həm də bundan sonra davam edəcək. Bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. Keçən il 60 dollar idi. Hesab edirəm ki, heç bir təşvişə ehtiyac yoxdur. Ölkəmizin valyuta ehtiyatları 52 milyard dollardan çoxdur. Bu da kifayət qədər qənaətbəxş haldır. Azərbaycanın 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin düşməsindən təcrübəsi var. Həmin günlərdə manat dəyərini itirsə də, ölkəni neftin dəyər itirməsinin yaradacağı təhlükələrdən qoruduq. Yəni nə dövlət büdcəsinin iclasında problem ortaya çıxdı, nə də maaş və pensiyaların verilməsində gecikmə halları yarandı. Əksinə, Azərbaycan hökuməti bir sıra investisiya xərclərini dayandırmaqla ehtiyat tədbirləri gördü. Nəticə etibarilə biz həmin vəziyyətdən sovuşduq.
Bundan əlavə, 4-5 il bundan əvvəlki proseslərlə müqayisədə mövcud makroiqtisadi göstəricilərimiz kifayət qədər yüksək həddədir. Neftin dünya bazar qiymətlərinin kəskin şəkildə enməsindən Azərbaycanın dövlət büdcəsi birbaşa olaraq zərər görmür. Ona görə ki, ortada Dövlət Neft Fondu (ARDNF) var. Yəni əsas dayaq funksiyasını yerinə yetirən təhlükəsizlik yastığımız var. ARDNF-dən büdcəyə müəyyən məbləğdə transfer nəzərdə tutulur ki, həmin məbləğin köçürülməsi nəticəsində dünya bazarında neftin qiymətinin düşməsi, qalxması və s. effektsiz ötüşür. Builki büdcənin də 47 faizini Dövlət Neft Fondundan transfer təşkil edəcək. Ona görə də büdcənin icrasında qeyri-sabitlik ortaya çıxa bilməz”.
İqtisadçı vurğulayıb ki, manatın dəyəri üçün də təhlükə mövcud deyil.
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





.jpg)





















.jpg)
.jpg)
