Nida Təhlil
Azərbaycanlı tələbələr gecə saatlarında belə xilas edildi - AÇIQLAMA/VİDEO
"Azərbaycan hər zaman bacardığından da artığını ortaya qoyub ki, bizim xaricdə yaşayan həmvətənlilərimiz çıxılmaz vəziyyətdə qalmasın".
Bunu Publika.az-a açıqlamasında Diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili deyib.

O bildirib ki, ötən gün İstanbul Hava Limanında qalan tələbələrimizin Azərbaycana qayıtması üçün Diasporla İş üzrə Dövlət Komitəsi əlindən gələni edəcək: "Koronavirus pandemiyası ilə bağlı Azərbaycan bir çox ölkələrlə sərhədləri bağlayıb. O cümlədən, qardaş Türkiyə dövləti ilə qarşılıqlı razılaşma əsasında sərhədlərimiz bağlanıb. Bundan sonra dövlət başçımızın tapşırığı ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizə qayıdışı prosesi reallaşdırılır. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi orada yaşayan həmvətənlilərimizə yardım edir. Dünən sosial media vasitəsilə bizə müraciətlər ünvanlandı ki, 50-dən çox azərbaycanlı tələbə İstanbul Hava Limanında qalıb və vətənə dönmək üçün kömək gözləyir. Biz bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə, şəxsən aparat rəhbəri Daşqın Rəcəbliyə məlumat verdik. Diasporla İş üzrə Dövlət Komitəsi məsələyə dərhal reaksiya verdi. Orada olan azərbaycanlı tələbələrin yanına Türkiyədə olan nümayəndəsini problemin həlli istiqamətində danışığa göndərdi. Orada olan 40-a yaxın tələbə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İstanbulda hotelə yerləşdirildi. Onların yemək və qalmaq xərcləri isə Azərbaycana gələnə qədər müvəqqəti olaraq qarşılanacaq".
T.Allahverdili qeyd edib ki, bu, ilk belə hadisə deyil: "Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman operativ şəkildə xaricdə yaşayan azərbaycanlıların qayğısına qalır. Bu proses davam edəcək. Komitə xaricdə yaşayan həmvətənlilərimizə daim dəstəyini əsirgəmir. Azərbaycan hər zaman bacardığından da artığını ortaya qoyub ki, bizim xaricdə yaşayan həmvətənlilərimiz çıxılmaz vəziyyətdə qalmasın. İnanıram ki, həmin tələbələr cənab Prezidentin dəstəyi ilə Azərbaycana geri dönəcək və ailələrinə qovuşacaqlar".
Qeyd edək ki, ötən gecə İstanbulda köməksiz vəziyyətdə qalan azərbaycanlı tələblər hava limanlarının birində toplanaraq Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyevaya video-müraciət ünvanlamışdılar. Tələbələr bildirmişdi ki, hava limanı dezinfeksiya olunacağı üçün hər kəs bayıra çıxarılacaq və onlar saatlarla soyuqda qalmalı olacaqdılar.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

