Nida Təhlil
“Yeni klinika” koronavirusla mübarizədə əlavə imkanlar yaradacaq - Şərh
“Yeni klinika”nın tikilərək tam təchizatla istifadəyə verilməsinin özü bir hadisədir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq: "Heç də həmişə və ya hər yerdə 100 min kvadratmetr ərazini əhatə edən, 575 çarpayılıq, cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələri olan, 1500-dən artıq həkim və tibbi heyətin çalışacağı xəstəxana tikilərək istifadəyə verilmir. Belə bir xəstəxananın hazırda dünyada və ölkəmizdə yaşadığımız kritik pandemiya mərhələsində açılmasının özü də bir hadisədir. Açılış zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, “Yeni klinika” tibb müəssisəsinin açılışı əslində bir müddət sonra baş tutacaqdı, ancaq hazırda ölkəmizi təhdid edən koronavirus təhlükəsi nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlər görüldü. Doğrudan da hazırda koronavirus pandemiyası bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi Azərbaycanı da təhdid edir. Ona görə də hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının səhhəti və sağlamlığına nə qədər diqqət göstərdiyinin göstəricisidir.
Əslində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. 2004- cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Az qala bütün regionlarımızda diaqnostika mərkəzələri, şəhər xəstəxanaları tikilərək əhalinin xidmətinə verilib ki, bu da koronavirus kimi pandemiyaya qarşı ölkəmizin səhiyyə infrastrukturunu və tibbi xidmətləri yetərli edir. Əlbəttə xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Şübhəsiz ki, yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin effektiv işindən danışmaq olmaz.
Azərbaycan Prezidenti həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə ölkədə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırki çətin dövrdə də Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərirlər. Belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı ümummilli təhlükəsizliyimizi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər. Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün hər zamankından daha aktual olmaqla bütövlükdə cəmiyyətimizin, həm də tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.
Tağı Həsənov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
