Nida Təhlil
Aprel zəfəri Azərbaycana nə verdi? - Üzeyir Cəfərov
2016-cı ilin aprelində baş verənləri düşmən həmlələrinin qarşısının alınması məqsədilə həyata keçirilmiş cavab addımı kimi qiymətləndirmək daha doğru olar.
Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Üzeyir Cəfərov bildirib ki, aprelin 1-dən 6-dək davam edən və ilk dörd günü daha aktiv keçən döyüşdə bütün sərhəd mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulurdu: “Bu zaman 6 mülki şəxs öldü, ağır yaralananlar oldu, xeyli sayda tikiliyə ziyan dəydi. Bütün bunların qarşısını almaq üçün komandanlıq cavab tədbirləri həyata keçirdi. Təbii ki, müharibə itkisiz olmur. Biz həmin döyüşlərdə qəhrəman zabitlərimizi, gizirlərimizi və əsgərlərimizi itirdik. Allah hər birinə rəhmət eləsin. Əldə etdiyimiz o oldu ki, iki strateji istiqamətdə - həm Lələtəpə (Füzuli, Beyləqan), həm də Tərtər-Ağdərə istiqamətində mövqelərimiz tamam fərqli duruma gəldi. Yəni həmin yüksəkliklərdən düşmən uzaqlaşdırıldı. Çünki onlar o yüksəkliklərdən bizim əsgər və zabitlərimizə çox mane olurdular, həm də müəyyən problemlər yaradırdılar. Komandanlığımız bu problemləri də həll etdi”.
Ekspert qeyd edib ki, Silahlı Qüvvələr düşmən təxribatının qarşısının alınması tapşırığı istiqamətində üzərinə düşəni yerinə yetirdi: “Düşündük ki, düşmən olanları başa düşəcək. Amma gördük ki, onların yeganə məqsədi Azərbaycanı antiterror əməliyyatdan çəkindirməkdir. Antiterror əməliyyat ölkəmizin haqqı və hüququdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Ona görə də hesab edirəm ki, koronavirusla bağlı mübarizə tədbirləri başa çatandan sonra Azərbaycan tərəfi beynəlxalq qurumlarla Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret danışıqlara keçəcək. Çünki bu hadisələr baş verənə qədər Azərbaycan həm ATƏT-in Minsk qrupunun həmsədrlərindən, həm də digər ölkələrdən Ermənistanın birmənalı şəkildə işğal etdiyi əraziləri boşaltması məsələsini tələb edirdi. Düşmən maksimum çalışır ki, danışıqlar prosesini uzatsın və status-kvonu saxlasın. Amma dünya da görür ki, uzun illərdir Azərbaycan səbir və dözüm nümayiş etdirir. Bu da sonsuzluğa qədər davam edə bilməz. Dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməlidir. Hesab edirəm ki, bu müddət tezliklə yetişəcək".
Tağı Həsənov
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO
-
Region15:56Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov






































