Nida Təhlil
Dördgünlük savaş davam etdirilsəydi... - POLİTOLOQ AÇIQLADI
"Aprel döyüşləri həm Azərbaycanın hərb tarixində, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində həlledici məqamlardan biridir".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, bundan əvvəlki Horadiz əməliyyatlarından sonra ilk dəfə idi ki, Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində, yəni Tərtər-Madaqiz istiqamətindən tutmuş, Füzuli-Cəbrayıla qədər geniş və irimiqyaslı hərbi əməliyyatların aparıldığı bir döyüşü reallaşdırdı: "Bu hərbi əməliyyatlarda ordumuz iki min km²-dən artıq bir sahədə strateji hündürlükləri və bir neçə yaşayış məntəqəsini azad etdi. Həmin dövrdə ordumuz nəyə qadir olduğunu həm texnikası, həm də canlı heyəti ilə əyani surətdə nümayiş etdirdi və ermənilər üzərində çox böyük mənəvi-psixoloji əhəmiyyətə malik olan qələbə qazandı".
Q.Hüseynli Aprel döyüşlərinin gedişatını belə izah edib: "Dördgünlük hərbi əməliyyatların gedişində Silahlı Qüvvələrimiz düşmənin 20-ə yaxın tankını, zirehli texnikasını, təxminən 300-400 canlı qüvvəsini məhv etdi. Aprel savaşında Azərbaycan ordusu düşmənin daim öyündüyü mühəndis hərbi qurğularından ibarət olan və Rusiya mütəxəssislərinin nəzarəti altında yaradılmış döyüş istehkamları, müdafiə xətlərini bir neçə istiqamətdə yararaq, erməni silahlı qüvvələrini böyük itkilər verməyə, geriyə çəkilməyə məcbur etdi. Bundan əlavə, ordumuz həlledici Talış dağları silsiləsində təxminən 10-dan çox yüksəkliyi və Talış yaşayış məntəqəsini Ağdərə rayonunun Madaqiz istiqamətinə qədər nəzarət atına aldı. Üstəlik ordumuz Füzuli-Cəbrayıl istiqamətində geniş hərbi əməliyyatlar apararaq, Lələtəpə yüksəkliyini, orada yerləşən Cocuq Mərcanlı kəndini azad etdi".
Politoloq ermənilərin havadarlarından birinin savaşın gedişatına qarışaraq müharibənin dayandırılmasına səbəb olduğunu deyib: "Təəssüf ki, ermənilərin müqavimətinin qırıldığı və ciddi ruh düşkünlüyünə salındığı bu döyüş əməliyyatlarının iri dövlətlərdən birinin müdaxiləsi nəticəsində dayandırılmasına qərar verildi. Amma bütün bunlara baxmayaraq, ermənilər üzərində çox böyük mənəvi-psixoloji üstünlüyü təmin edən qələbə qazanıldı və bu, ordumuzun hərb tarixində çox əlamətdar səhifələrdən biri oldu. Hərbi əməliyyatlar davam etdirilsəydi, Azərbaycan ordusu Sərsəng su anbarını, eləcə də Madaqiz istiqamətində yerləşən su elektrik stansiyasını da geri qaytarmaqla çox böyük strateji üstünlüklərə nail ola bilərdi".
Qabil Hüseynli ermənilərin qisas əməliyyatlarının uğursuzluğa düçar olmasından da söz açıb: "Ermənilər qüvvələrini toplayaraq Azərbaycan ordusunun üzərinə hücuma keçib itirilmiş mövqeləri qaytarmağa cəhd etsə də, Silahlı Qüvvələrimiz əlində olan müasir silahlar vasitəsilə ermənilərin bir neçə tankını, zirehli texnikasını və İrəvandan göndərilmiş içərisində 9 nəfərin olduğu hərbi maşını məhv etdi. Azərbaycan bu döyüşlərdə yüksək hərbi əməliyyatlar keçirmək qüdrətinə sahib olan dronlarını, o cümlədən dron-kamikadzeləri sınaqdan keçirdi. Bu silahlar vasitəsilə ermənilərə çox ağır zərbələr vuruldu. Sözsüz ki, Aprel döyüşləri Azərbaycan ordusuna böyük ruh yüksəkliyi gətirdi.
Hərbi əməliyyatlar bu şəkildə davam etdirilsəydi, çox qısa müddətdə Dağlıq Qarabağ problemini həll edib, ərazi bütövlüyümüzü təmin edə bilərdik. Ordumuzun döyüş potensialı buna tam imkan verirdi. Amma təəssüflər olsun ki, araya girənlər oldu və hərbi əməliyyatları dayandırmağa məcbur olduq. Bununla belə, həmin döyüşlər ermənilərin gözünü qorxutdu. Hazırda erməni mətbuatı da daxil, dünya mediasında açıq yazılır ki, Azərbaycan ordusu ermənilərdən qat-qat üstünlüyə, yüksək döyüş qabiliyyətinə malikdir. Müharibə olacağı təqdirdə, ordumuz hərbi güc və döyüş ruhu yüksək olan canlı qüvvəsi ilə itirilmiş ərazilərini qısa müddətdə geri qaytaracaq".
Məhərrəm Əliyev
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO