Nida Təhlil
Qondarma rejimin saxta “seçkilər”i qəbul edilmir - Arzu Nağıyev
Qondarma rejimin Dağlıq Qarabağ ərazisində keçirdiyi “seçkilər” bütün beynəlxalq hüquqi normalara və qanunlara zidd olduğuna görə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmayıb. Bunun da bir neçə səbəbi var.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Millət vəkili bildirib ki, oxşar saxta “seçkilər” dəfələrlə keçirilib və hər dəfə bir sıra dövlətlər bu məsələyə birmənalı şəkildə reaksiya verib: “Lakin Paşinyanın hakimiyyəti dövründə həyata keçirilən xarici siyasət demək olar ki, həmin o “seçkilər”i də fiaskoya uğradıb. Onlar çalışırdı ki, bu “seçkilər”ə dünyanın bir sıra dövlətlərindən müşahidəçilər gəlsin, lakin müşahidəçilər imtina etdi. Koronavirus pandemiyasının bütün dünyada tüğyan etməsinə baxmayaraq, onlar öncədən elan verdilər ki, guya Dağlıq Qarabağ ərazisində belə bir infeksiyaya yoluxma halı yoxdur. Amma bu bəyanat göründüyü kimi heç bir xarici dövlət və beynəlxalq qurum tərəfindən qəbul olunmayıb. Çünki bu söz öz mənfur siyasətlərini həyata keçirmək üçün atılmış növbəti addım idi. Saxta “seçkilər” prosesində 12 nəfərə yaxın namizəd irəli sürülüb. Lakin burada əsas iki fiqur olub ki, həmin iki şəxs Paşinyan hakimiyyətini öz əməlləri ilə razı sala bilirdi. Biri keçmiş “baş nazir” Araik Arutunyan, digəri isə keçmiş “xarici işlər naziri” Masis Mailyan olub. Qeyd etmək lazımdır ki, bu iki namizəd arasında da ciddi narazılıqlar mövcuddur. Onlardan birinin qondarma qurumun rəhbəri olması üçün ermənilər bu iki siyasi fiquru bütün dünyaya tanıtmağa çalışırdılar. Qondarma “seçkilər”in ikinci turuna da məhz bu iki şəxsin keçməsi təsadüfi deyil”.
Arzu Nağıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, BMT, NATO və bir sıra qurumlar bu saxta “seçkilər”i tanımadıqları ilə əlaqədar bəyanatlar yayıblar: “Hətta Dağlıq Qarabağın öz ərazisində bu seçkilərə qarşı mitinqlər başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəla bu Azərbaycan hakimiyyətinin apardığı xarici siyasətdir. İkincisi, Azərbaycanın Xarici İşlər Nazirliyinin, diaspora təşkilatlarının ölkədən kənarda həyata keçirdiyi siyasətdir və son olaraq da yerli politoloq və siyasətçilərin qondarma qurumun saxta “seçkilər”i ilə bağlı verdikləri bəyanatlardır. Bu kimi aparılan proseslər qondarma “seçkilər”in bir çox ölkə tərəfindən lazımınca qınanmasına təsir edib. Heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun keçirdiyi “seçkilər”in də taleyi eyni olub. Təbii ki, qondarma qurum öz havadarlarına arxalanaraq bu saxta “seçkilər”in ikinci turunun keçirilməsi üçün də çalışacaq. Bu bir daha göstərir ki, Paşinyan Qarabağ kartından istifadə edərək öz hakimiyyətinin gələcəkdə iqtisadi korrupsiyasını həyata keçirmək üçün bu addımları atır. Lakin dünya artıq əvvəlki dünya deyil, beynəlxalq təşkilatlar qondarma rejimin saxta “seçkilər”ini qəbul etmir”.
Tağı Həsənov
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO