Nida Təhlil
Ermənistan "seçkilər" tamaşasının acı nəticələrini dadmağa davam edir - Deputat
"Azərbaycanın bütün sahələrdə inkişafının Ermənistandan qat-qat yüksək olması bu gün ən qatı erməni milliyyətçisini belə apardıqları siyasətin lüzumsuzluğu barədə düşünməyə məcbur edir".
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Ermənistan vaxtaşırı işğal edilmiş Azərbaycan torpaqlarında "seçkilər" adlı tamaşa qurmağa çalışır: "Bununla da həmin ərazilərə beynəlxalq hüquqi statusun verilməsinə cəhd edir. Ancaq bütün cəhdlərə baxmayaraq nəticə etibarilə uğursuz alınır. Xüsusilə də martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"i deyə bilərik. Bu "seçkilər" barədə beynəlxalq aləmin mövqeyi çox kəskin və neqativ oldu. Bütün beynəlxalq təşkilatlar və bir çox nüfuzlu dövlətlər qondarma "seçkilər"i pislədi. Həmin "seçkilər"in tanınması üçün heç bir əsas yoxdur. Ermənistan növbəti dəfə diplomatik zərbə aldı".
A.Mirzəzadə qeyd edib ki, bu siyasi tamaşa Ermənistanın indiki rəhbəri Nikol Paşinyana siyasi cəhətdən çox lazım idi: "Çünki hakimiyyətə gəldikdən sonra seçicilərinə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Ermənistanın düşdüyü vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Ona görə də işğal edilmiş Azərbaycan torpaqlarına öz adamını, tanışını təyin etmək istəyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin onun əlində olduğunu göstərsin. Orada yaşayan əhali "seçkilər"ə biganəlik nümayiş etdirdi. "Seçkilər"in ləğv edilməsini və dayandırılmasını tələb etdilər".
Deputat vurğulayıb ki, Ermənistanın saxta "seçkilər" şousuna beynəlxalq aləmin göstərdiyi reaksiya ona növbəti zərbədir: "Beynəlxalq aləmin reaksiyası onu göstərdi ki, Ermənistanın işğal altında saxladığı torpaqların gələcəyi ilə bağlı hər hansı proqramı yoxdur. Proses bundan sonra da belə davam edəcək. Beynəlxalq aləmin həmin "seçkilər"i pisləməsini eyni zamanda Azərbaycanın beynəlxalq arenada apardığı təbliğat işinin nəticəsi kimi də qiymətləndirmək olar. Erməni milliyyətçiləri növbəti dəfə saxta "seçkilər" cəhdlərinin acı nəticələrini dadmalı oldular".
Məhərrəm Əliyev
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ



















.jpg)









.jpg)







