Nida Təhlil
Azərbaycan öz gücünü bir daha ortaya qoydu - Qənirə Paşayeva
"Hər bir dövlətin gücü mürəkkəb, çətin vəziyyətdə atdığı müdrik addımlarla, qabaqlayıcı tədbirlərlə, eləcə də hadisələri nəzarətdə saxlamaq imkanları ilə ölçülür".
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, Azərbaycan öz gücünü, heç kimdən və heç nədən asılı olmadığını koronavirus pandemiyası ilə mübarizədə bir daha ortaya qoydu: "Ötən ili köklü islahatlarla başa vuran Azərbaycan bəşəriyyətin bəlasına çevrilən epidemiya həyəcanına, iqtisadi çətinliyə baxmayaraq, 2020-ci ilə də uğurla start verib. İslahatların davam etdirilməsinin nəticələri göz önündədir. Ölkəmizdə qabaqlayıcı tədbirlərin vaxtında görülməsi düşünülmüş siyasət nəticəsində nəzarətdə saxlanıldı. Azərbaycan hökuməti hər zaman olduğu kimi bu bəla ilə mübarizədə də öz gücünə arxalanır. Dövlətimiz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarını səfərbər etdi. Xəstələr, karantində olanlar dövlətin himayəsindədir. Əsas məqsəd odur ki, ölkəmiz bu qlobal bəladan az itki ilə çıxsın və vətəndaşların sağlamlığı qorunsun.
Hətta ən yüksək inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, bu bəladan heç kim sığortalanmayıb. Heç bir ölkənin səhiyyə sistemi xəstələrin artan dinamikası qarşısında duruş gətirə bilmir. Aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü bir daha sübut etdi ki, ölkəmiz nəinki öz gücünə arxalanır, hətta başqa dövlətlərə də yardım əlini uzadır".
Komitə sədri vurğulayıb ki, Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır: "2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki nitqində Prezident İlham Əliyev bildirdi ki, iqtisadi fəallıq və insanların sağlamlığı arasında seçim etmək lazım gələrsə, mənim seçimim birmənalı olaraq insanların sağlamlığıdır.
Epidemiya təhlükəsi bitdikdən sonra cari ildə də davamlı olaraq dərin, geniş islahatlar aparılacaq və ölkə iqtisadiyyatı daha da inkişaf edəcək, yeni iş yerləri açılacaq.
Təəssüflər olsun ki, Azərbaycanın inkişafını istəməyən "5-ci kolon"un nümayəndələri hər vəchlə bizə mane olur, müstəqilliyimizə zərər vurmaq istəyirlər. Əminəm ki, xalq-iqtidar birliyi bu cür qüvvələrin arzularının yerinə yetməsinə mane olacaq və xalq öz liderinin, rəhbərinin ətrafında daha da sıx birləşəcək".
Millət vəkili Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qanunsuz "seçkilər"dən də danışıb: "Qondarma "seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. Aparıcı beynəlxalq təşkilatlar, bir sıra ölkələr bu "seçkilər"i tanımadıqlarını açıq-aydın bəyan etdilər. Bununla da bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu platformalarında təmsil olunur. Ölkəmizi tanıyırlar, hörmət edirlər. Azərbaycan bu nüfuza müstəqil siyasət yürütməklə nail olub. Prezident iştirak və çıxış etdiyi mötəbər tədbirlərdə xalqın mənafeyini ifadə edərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inamlı və ardıcıl mübarizə aparır. Münhen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın etməklə bərabər, təcavüzkarların uzun illər ərzində uydurduğu yalanlara son qoydu".
Məhərrəm Əliyev
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO