Nida Təhlil
Atılan addımlar dövlət qayğısının təzahürüdür - ŞƏRH
"Təklif edilən vergi güzəştləri pandemiya və mövcud iqtisadi durğunluğun sahibkarlara, vətəndaşlara təsirini azaldacaq".
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Elçin Süleymanov deyib.
İqtisadçı bildirib ki, koronavirus pandemiyasının dünya neft bazarında və birjalarda dalğalanmalara səbəb olması əksər ölkələrdə iqtisadi aktivliyi azaltmaqdadır: "Ona görə bir çox ölkə vətəndaşlarını və sahibkarları qorumaq üçün müəyyən paketlər açıqladı. Bu kontekstdə Azərbaycanda sahibkarların və fərdi vergi ödəyicilərinin mövcud vəziyyətdən maksimum az təsirlənməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə çox əhəmiyyətli addımlar atıldı.
Vətəndaşlara sosial yardımların, böyük həcmli güzəştlərin verilməsi bu istiqamətdə atılan əhəmiyyətli və düzgün qərarlardır.
Koronavirus pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və vergi ödəmələrində müəyyən vaxt möhlətinin verilməsi dövlət qayğısının təzahürüdür. Biz bu işlərə nümunə olaraq ölkədə sahibkarlıq subyektlərinə, muzdlu işçilərə verilən birbaşa ödəmələri, sahibkarlıq subyektlərinə maliyyə institutları vasitəsilə verilən dolayı təşviqləri göstərə bilərik. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə verilən tapşırıqların istiqamətlərindən biri də ölkədə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi sahəsində təşviqlərin verilməsi olub. Bu tapşırığın icrası ilə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklər bütövlükdə pandemiyadan əziyyət çəkən bir sıra fəaliyyət sahələrinə geniş həcmli təşviqləri təmin edir. Pandemiyadan zərər çəkən sahibkarlıq fəaliyyəti növlərinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, mehmanxana, hotel, hostel kimi təsərrüfatlar, ölkədə ictimai-iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektləri, əyləncə, istirahət, kinoteatr, muzeylər, səhnə fəaliyyəti kimi bir sıra sahələr, bütün növ tədris müəssisələri, o cümlədən məktəbəqədər tədris müəssisələri, uşaqların psixoloji və digər növ hazırlıq mərkəzləri daxildir".
E.Süleymanov spesifik sahələr üzrə güzəştlərin edildiyini də diqqətə çatdırıb: "Milli Məclisə təqdim edilən qanun layihəsində pandemiyadan bilavasitə zərər çəkən sahələrin əmlak və torpaq vergiləri üzrə 2020-ci ildən tam vergidən azad olunması, mənfəət vergisi üzrə isə 75% güzəşt müəyyən edilib. Qeyd olunan azadolmalarla yanaşı spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər verilib. Ölkə daxilində sərnişindaşıma fəaliyyəti, habelə ictimai-iaşə fəaliyyətini həyata keçirən subyektlər üçün sadələşmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşmiş vergi dərəcəsi 50% azaldılıb. Sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməsi və mənfəət vergisi üzrə ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci ilə qədər təxirə salınıb.
Mikrosahibkarlıq subyektləri isə ayrıca blok olaraq Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulur. Mikrosahibkarlıq subyektləri tərəfindən sadələşmiş vergi, mənfəət vergisi, muzdlu işdən gəlir üzrə dövlət büdcəsinə hesablamaların və ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb. Vergi Məcəlləsinə edilən dəyişikliklərə bütövlükdə nəzər salsaq, sahibkarlıq subyektlərinin hesabatlılıq və cari bəyannamələrin verilməsi ilə bağlı öhdəlikləri, eyni zamanda ötən ilin nəticələrinə görə vergilərin ödənilməsi müddətlərinin təxirə salınması, digər tərəfdən isə mövcud vergi dərəcələri bu ilin nəticələrinə görə aşağı salınması nəzərdə tutulub. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021-ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub".
İqtisadçı qeyd edib ki, mikrosahibkarlıq subyektlərinə 1 yanvar 2020-ci ildən 2021-ci ilin 1 yanvarınadək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəşti, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi nəzərdə tutulur: "Qanun layihəsində yuxarıda qeyd edilən sahələrdə əmlak, torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi, eyni zamanda digər tədbirlər nəzərdə tutulur.
Dəyişikliklərə nəzər salsaq, burada iki istiqamət önə çıxır. Birinci istiqamət vergi ödəyicilərinin bu prosesdən ən az zərərlə çıxması, digər istiqamət isə kölgə iqtisadiyyatının maksimum azaldılmasıdır".
Məhərrəm Əliyev
-
Dünya09:00Çinin ən böyük dəniz yatağı REKORD QIRDI
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun




























