Nida Təhlil
"İslahatların davamlı olacağına inamım sonsuzdur" - Seyid Camal Əzimbəyli
"Ölkənin inkişafına əngəl törədən hər bir addım Prezident tərəfindən cəzalandırılır və prosesin davamlı olacağına inanıram".
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Şərqşünas bildirib ki, rüşvətxor məmurların cəzalandırılması xalqa məmnunluq hissi aşılayır: "Prezident İlham Əliyevin bütün qərarları və apardığı islahatlar Azərbaycan xalqının mənafeyinin müdafiəsinə yönəlib. Bir qrup adam var ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara əngəl olmağa cəhd edir. Düşünürəm ki, dövlət başçımızın islahatlarına əngəl olan və yerlərdə birmənalı olaraq xalqla-hakimiyyətin münasibətlərini korlayan məmurlar hələ də qalmaqdadır. Zənnimcə, mərhələli şəkildə hər birinə vaxt çatacaq. Vətənini, dövlətini, bayrağını sevən hər kəs bilir ki, ölkənin inkişafına əngəl törədən hər bir addım Prezident tərəfindən cəzalandırılır və bunun şahidi olmaqdayıq.
Bu məsələdə xüsusi olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycanın milli maraqlarına uğurlu xidmətini qeyd etmək istəyirəm. DTX-nin heç bir güzəşt tanımadan cənab Prezidentin həyata keçirdiyi islahatlara əngəl olanların cəzalandırılması prosesini izləməkdən xalq çox məmnundur. Bu islahatların davamlı olacağına inamım isə sonsuzdur".
Məhərrəm Əliyev
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ





































