Nida Təhlil
Belə ünsürləri nə torpaq, nə Vətən, nə də şəhid düşündürür - ŞƏRH
“Ordumuz düşmənlə üz-üzə dayanıb qəhrəmancasına vuruşur. Hətta düşmənin dərinliklərdə yerləşən dayaq nöqtələri Ordumuzun peşəkar fəaliyyəti ilə məhv edilir. Ordumuzun generalı da, zabiti də əsgərlə ön cəbhədədir. Xalqımız şəhidlərimizi böyük coşğu ilə son mənzilə yola salır, Ordumuza öz dəstəyini ifadə edir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O qeyd edib ki, iyunun 14-də xalq küçələrə axışaraq dövlət-xalq birliyini nümayiş etdirdi:
“Amma çox təəssüf ki, düşmənə xidmət edən “5-ci kolon”un bir qrup nümayəndəsi yürüşün istiqamətini dəyişməklə və Milli Məclisin binasına daxil olmaqla dövlət çevrilişinə cəhd etməyə çalışdı. Bir qrup şəxs “Allahu Əkbər” ifadələri işlətməklə polis əməkdaşlarına zor tətbiq edərək, parlament binasının qapısını sındıraraq insanları yanlış yola aparmağa çalışdı. Milli Məclisin inzibati binasına kifayət qədər maddi ziyan vurmaqla haray-həşir qopararaq içəri daxil olan insanların niyyəti əslində məlum idi. Belə ünsürləri nə torpaq, nə Vətən, nə də şəhid düşündürür. Onların öz məqsədləri var. Bu məqsəd ölkəni daxildən zəiflətmək və parçalamaqla düşmən dəyirmanına su tökməkdir.
Qeyd edim ki, 90-cı illərin əvvəli deyil. Bu gün həm xalqın dünyagörüşü artıb, həm də xalq və dövlətə xəyanət edənləri müəyyənləşdirmək üçün texniki imkanlar genişdir. Bu təxribatçılar bilmirlər ki, dövlət əmlakına yetirilən ziyan xalqa vurulan ziyandır. Artıq istintaq işlərinə başlanılıb. Düşünürəm ki, cinayətkar ünsürlər, onlara tapşırıq verənlər tez bir zamanda müəyyənləşəcək və qanunun ən ağır cəzası ilə cəzalandırılacaqlar.
Düşmən üzərində qələbəyə nail olmaq istəyən hər kəs səbrlə yanaşmalıdır. Təxribatlara imkan verilməməli, Orduya öz haqq işini görməsinə mənəvi dəstək göstərilməli və Ali Baş Komandanın əmri gözlənilməlidir”.
Akqabay Mıradov
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
















.jpg)












.jpg)






