Nida Təhlil
Hər bir görüş siyasi dialoqun möhkəmləndirilməsinə dəstəkdir - ŞƏRH
“Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var ki, iqtisadi inkişafı ilə diqqət çəkir, amma demokratik islahatlar aşağı səviyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Azərbaycanın həmin ölkələrdən fərqli olaraq bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük inamla qeyd etdiyimiz “Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür” fikri də ölkəmizin bu sahədə qazandığı təcrübədən irəli gəlir. Uğurlarımıza söykənərək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində yeni siyasi sistem konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə-hüquq sistemində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirməkdir. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verir.”
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti altıncı çağırış Milli Məclisə seçkilərə yönəldərək vurğulayıb ki, bu, bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu: «Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. 9 fevral parlament seçkilərində 20-yə yaxın siyasi partiyanın iştirakı deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında da xüsusi vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyev bu çağırışı da edib ki, siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün parlamentdə təmsilçilik hüququ qazanmış bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və parlamentin komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Milli Məclisin, onun komitələrinin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması vətəndaş həmrəyliyi istiqamətində ən mühüm addımlardan biridir. Milli Məclisin sədr müavininin müxalifət təmsilçisi olması Azərbaycan parlamenti tarixində ilk addımdır”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılıb. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur: “Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunması da deyilənlərin bariz nümunəsidir. Həmin Qanunda əsas məsələ siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Hər zaman olduğu kimi, Qanuna qeyd edilən maddənin də əlavəsi zamanı buna ilk reaksiya verənlər özlərini müxalif düşərgənin radikal qanadının təmsilçiləri hesab edənlər oldular. Həmin ünsürlər ictimai fikri çaşdırmaq üçün belə bir əsassız fikri gündəmə gətirdilər ki, guya dövlət bu addımı ilə siyasi partiyaların fəaliyyətinə nəzarəti öz üzərinə götürür. Xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrilən və maliyyəsində qaranlıq məqamlar olan partiyaların belə bir xoşməramlı addımı ajiotajla qarşılaması təbiidir.”
“Bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun formalaşması təqdirəlayiqdir, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi üçün olduqca mühüm addımdır” söyləyən V.Rəhimzadə əlavə edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür: “Hər bir görüş siyasi dialoqun möhkəmləndirilməsinə dəstəkdir. Görüşlərdə ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır, hakimiyyət və siyasi partiya təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyi bildirilir. Artıq siyasi partiyalar ümummilli məsələləri müzakirə edir, vahid mövqe ortaya qoyurlar.”
Baş redaktor bildirib ki, iqtidar bütün siyasi partiyalara dialoq təklifi ilə müraciət edir: “Müxalif düşərgədə aparılan bölgü prinsipinə uyğun olaraq konstruktiv qanadın təmsilçiləri bu təşəbbüsə dəstək verib dialoqa qatılsalar da radikal qanadda yer alan ünsürlər hər zaman müxtəlif bəhanələrlə müzakirələrdən yayınmağa cəhd ediblər. Əvvəlki illərə nəzər saldıqda görürük ki, belə görüşlər davamlı keçirilir və hər bir dialoq üçün xüsusi müzakirə mövzusu seçilirdi. Lakin özlərini müxalif düşərgənin “başbilənləri” kimi göstərənlər həmin dialoq üçün elə məsələlərin müzakirəsini tələb edirdilər ki, onların heç bir əsası olmurdu. Burada məqsəd dialoqun baş tutmaması idi. Bu gün də eyni ab-hava yaşanmaqdadır. Özünü müxalifət adlandıran antimilli şura və AXCP siyasi dialoqdan imtina edir, onlara xaricdən verilən direktivlərə uyğun şəkildə davranırlar. Hər zaman qeyd etdiyimiz kimi, dağıdıcı ünsürlərin siyasi meydanı daralıb. Sadəcə özlərində cəsarət tapa bilmədikdəri üçün həqiqətləri etiraf edib siyasət meydanını tərk edə bilmirlər”.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var