Nida Təhlil
“Bir neçə il əvvəl bu olmasaydı, paytaxt yollarında...” - Azər Badamov
“Ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin yol infrastrukturu yenidən qurulub. Son 16 il ərzində 16 min kilometrə yaxın yollar yenidən tikilib. Yeni tikilən yollar insanların rahatlığını və təhlükəsizliyini təmin edir”.
Bunu Publika.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü, MDB məkanında isə 1-ci yerdədir: “Xüsusilə Bakının yolları gözəl və müasir tələblərə uyğun tikilir. Prezident İlham Əliyevin sərəncamları ilə Bakıda bir neçə il əvvəl körpülər tikilməsəydi, bu gün paytaxtımızın yollarında maşınla hərəkət etmək mümkün olmazdı. O cümlədən Bakıətrafı kəndlərə gedən yollar da yenidən qurulur. Yolların yenidən qurulmasında məqsəd nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin olunması olduğu kimi, həm də piyadaların hərəkətinin rahatlığının və təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
Son illərdə Bakıda 113 piyada keçidi tikilib və bu proses indi də davam etdirilir. Avtomobillərin hərəkətinin sıx olduğu ərazilər müəyyənləşdirilir və oralarda yeni keçidlər tikilir. Sentyabrın 9-da ölkə başçısının açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba yolunda istifadəyə verilən yerüstü piyada keçidi müasirliyi və rahatlığı ilə digərlərindən seçilir. Hər yeni tikilən piyada keçidinə memarlar tərəfindən xüsusi dizayn verilir. Bundan əlavə, tikilən piyada keçidləri şəhərə xüsusi gözəllik verməklə şəhərimizi daha da müasirləşdirir. Yol mədəniyyət və inkişaf deməkdir. Bugünkü Azərbaycanın yolları ölkəmizin yüksək inkişaf dövrü yaşadığını göstərir”.
Akqabay Mıradov
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)






.jpg)





















.jpg)
.jpg)