Nida Təhlil
Azərbaycan bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır - Rəhimzadə
“Bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, davamlı inkişafın təminatçısına çevrilən “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il ötür. Məhz 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı bir daha dünyaya sabitlik diyarı, böyük biznes imkanlarına malik ölkə kimi təqdim etdi.
Ümumiyyətlə, son 26 ildə “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı” sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası hələ bundan yüz illər sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq, yeni-yeni layihələrə yol açmaqla ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı imicə dəyərli əlavələr edəcək. ”
Publika.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü ilə bağlı KİV-ə açıqlamasında bildirib.
Rəhimzaqdə bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, “Abşeron”, bir ay bundan əvvəl isə “Qarabağ” və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin önəmli rolunu təsdiqləyir: “Möhtərəm Prezidentimiz bu fikri xüsusi qeyd edir ki, neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, ölkə qurmaq üçün vasitədir. 2003-cü ildən başlayaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir”.
“Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür” söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünü qeyd edəcəyik: “İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan nefti tam şəkildə xalqın maraqlarına xidmət edir. Azərbaycan bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir. 2017-ci ildə “Əsrin müqaviləsi”nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan “Yeni əsrin müqaviləsi”nin imzalanması bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir, infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır. Bu gün Azərbaycan infrastruktur layihələrinin icrasına verilən dəyərə görə dünyada qabaqcıl yerdədir. Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etmişdir: “Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.” Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da oz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolunu dünyaya təqdim etdi.”
Vüqar Rəhimzadə qeyd edib ki, yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında modern beynəlxalq şirkətə çevrilib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO