Nida Təhlil
Mülki əhalini hədəfə almaq həm qorxaqlıq, həm də vəhşilikdir - Hacı Şahin
“Ermənistanın istər hərbçilərə, istərsə də dinc əhaliyə qarşı açdığı atəş cinayət və təcavüzkarlıqdır. Təcavüzkarlığa heç bir bəraət yoxdur. Onların Azərbaycan ərazisində əsgərlərimizi öldürməsi də cinayətdir. Amma döyüş zamanı dinc əhaliyə atəş açmaq, bombardman etmək bütün beynəlxalq konvensiyalara və qanunvericiliyə, eyni zamanda ilahi, mənəvi-humanist prinsiplərə ziddir. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür”.
Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. O, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasını Ermənistanın terror və faşizm siyasətinin davamı adlandırıb. Bu hücum nəticəsində 10 mülki vətəndaş həlak olub, 30 nəfər yaralanıb:
“Onlar tarix boyu belə olublar. Döyüş meydanında itkilərə məruz qaldıqda dinc əhalini hədəfə alıblar. Bununla öz qisasçılıq siyasətlərini həyata keçiriblər. Təbii ki, bütün dünya, xüsusilə müsəlman ölkələri bu əməllərə öz münasibətini bildirməlidir. Çünki bu, misli görünməmiş vəhşilikdir. Həm Allah, həm də bəşəriyyət qarşısında böyük bir cinayətdir. Bu, növbəti erməni rəzilliyinin təzahürü və xislətidir.
Müdafiəsiz ailənin bir neçə üzvünün öldürülməsi çox dəhşətli cinayətdir. Xocalıda da eyni cinayətləri törədirdilər, o faciədə neçə-neçə ailə Yer üzündən silindi. Anlamaq lazımdır ki, düşmənimiz bu qədər qəddar və qorxaqdır. Mülki əhalini hədəfə almaq həm qorxaqlıq, həm də vəhşilikdir. Odur ki, biz erməni vəhşiliyini və bu cinayətləri dünyaya tanıtdırmalıyıq.
Baş Prokurorluq tərəfindən hüquqi addımlar atılır, bu addımlara hüquqi müstəvidə qiymət verilməlidir. Azərbaycan Ordusu da torpaqlarımız uğrunda əməliyyatlarını uğurla davam etdirir. Düşməni də qıcıqlandıran əsas budur”.
Xatırladaq ki, beynəlxalq humanitar hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.
Aytən Məftun
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp































.jpg)



.jpg)

