Nida Təhlil
Dövlət başçısı çox dəqiq, səlis və tutarlı cavablar verdi - Hüquq müdafiəçisi
“Prezident İlham Əliyevin “Rossiya-1” telekanalına müsahibəsi dəqiq, səlis və Azərbaycanın mövqeyini kifayət qədər yaxşı nümayiş etdirə bilən bir müsahibədir. Ölkə başçısı rusiyalı jurnalistlərin Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı suallarına çox dəqiq, səlis və tutarlı cavab verdi”.
Bu sözləri Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Əvəz Həsənov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev bu müsahibəsi ilə çox bacarıqlı və hazırlıqlı bir komandan olduğunu bir daha nümayiş etdirdi: “Dövlət başçısı müsahibəsində Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi. Bildirdi ki, guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycanda Suriyadan muzdlular olması barədə iddialar növbəti feyk-nyusdur. Ermənistandan fərqli olaraq Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Ali Baş Komandan da qeyd etdi ki, Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qadirdir.
Azərbaycan xalqı bu məsələdə dövlət başçısının yanındadır. Ölkə ictimaiyyəti, vətəndaşlarımız Ali Baş Komandanın yanında olduqlarını hər zaman nümayiş etdirirlər. Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Rusiya auditoriyası qarşısına çıxarılması və onların fikirlərinin öyrənilməsi çox təsadüfü hallarda baş verir. Dövlət başçısının intellektinin daha yüksək olması və münaqişənin daha aydın təsəvvür edilməsi, buna ciddi yanaşması rusiyalı ekspertlərin də diqqətindən qaçmadı. Bu görüşdən sonra rus ekspertlər Prezident İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun məzunu olduğunu xüsusi qeyd etdilər”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





.jpg)





















.jpg)
.jpg)
