Nida Təhlil
Prezident Azərbaycana və Türkiyəyə qarşı olan bütün böhtanların çox ustalıqla cavabını verdi - Politoloq
“Dünən Rusiyanın “Rossiya-1” telekanalında Ermənistanın mövqeyinə ciddi zərbə vuruldu. Prezident İlham Əliyev və Nikol Paşinyan Rusiya auditoriyasına, ümumilikdə Rusiya ərazisində öz mövqelərini bildirdilər və Cənubi Qafqazda baş verənləri çatdırdılar”.
Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, Nikol Paşinyanın yalan, böhtan dolu, dezinformasiya xarakteri daşıyan məlumatları o dərəcədə absurd idi ki, ilk baxışdan artıq onlara inanmaq mümkün deyildi: “Təbii ki, Ermənistanın əsas məqsədi indiki halda nəyin bahasına olursa-olsun Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə, müharibəyə cəlb etmək və beləliklə Rusiya, Türkiyə və KTMT arasında müharibəni başlatmaqdır.
Ermənistan görür ki, əgər belə davam edərsə, Azərbaycan Ordusu qarşısında çox aciz vəziyyətdə qalacaqlar. Buna görə də təbii ki, Paşinyan qapı-qapı düşərək dünya liderlərindən müharibənin dayandırılmasını istəyir. Prezident İlham Əliyev Azərbaycana və Türkiyəyə qarşı olan bütün böhtanların çox ustalıqla və əminliklə cavabını verdi. Dövlət başçısının cavabından sonra bəzi ermənipərəst liderlər Azərbaycan Prezidentinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu məktəbini keçdiyini, yüksək ixtisaslaşmış diplomat olduğunu və çıxışının daha realist olduğunu bütün auditoriyanın diqqətinə çatdırdılar. Beləliklə, Paşinyan və erməni yalanları dünən ifşa olundu”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





.jpg)





















.jpg)
.jpg)
