Nida Təhlil
Şimali Karolina Universitetinin alimi: Makronun qeyri-peşəkar siyasi gedişləri əleyhinə işləyəcək
"Makronun mövqeyi Fransanın ikiüzlü və ziddiyətli siyasətini əks etdirir".
Publika.az xəbər verir ki, bu sözləri Şimali Karolina Universitetinin Konfliktologiya bölməsinin direktoru, Amerika Azərbaycan Alimlər Birliyinin Prezidenti Əli Əsgərov deyib. Professor açıqlamasında vurğulayıb ki, Fransa Minsk qrupunun həmsədri kimi davranmır:
“Əslində Makronun indiki ermənipərəst mövqeyi Fransanın həmsədrlik siyasətinin isterika sayəsində təzahür edən iç üzüdür. Bu prosesdə Fransa heç vaxt gerçək mənada neytral vasitəçi tərəf rolunu oynamayıb. Amma bunu ustalıqla gizlətməyi bacarıb. Makron öz mövqeyini həmsədr kimliyini “unudaraq” olduqca qeyri-peşəkar bir şəkildə ortaya qoydu. Fransanın erməni diasporu güclü olduğundan Makron növbəti prezident seçkilərində onların səsini qazanmaq üçün həm də daxili siyasətə oynayır. O, Aralıq dənizində yunanlarla, Qafqazda isə ermənilərlə birlikdə hərəkət edir. Onun anti-Türk və anti-Azərbaycan siyasəti Fransa hökümətinin xarici siyasətinin hansı dəyərlər üzərində qurulduğunu da göstərir. Makronun qeyri-peşəkar və qeyri-etik siyasi gedişləri onun əleyhinə işləyəcək”.
Alim əlavə edib ki, İlham Əliyev üçün milli maraqlar hər şeydən üstündür:
“Makronla telefon danışıqlarından bir daha aydın göründü ki, heç bir güc Prezident İlham Əliyevi milli maraqlardan çəkindirə bilməz. Azərbaycan Respublikası bu mənada Makrona çox sert reaksiya verməlidir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
