Nida Təhlil
Bu generalların son qələbələrimizdəki payı çox böyükdür - Üzeyir Cəfərov

“Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın azad edilməsi, birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik etdi. Bu generalların Azərbaycan Ordusunda yeri və son qələbələrimizdəki payı çox böyükdür”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, ağıllı, müasir tələblərə cavab verən hərbi taktika ilə düşmənin bütün vəhşiliklərinin qarşısı alınır və ona sarsıdıcı zərbələr vurulur: “Bu da o deməkdir ki, yaxın günlərdə biz digər rayonlarımızın da işğaldan azad olunması xəbərini eşidəcəyik. Azərbaycan Ordusu haqq işi ilə məşğuldur. Ölkə başçısı da dünən bununla bağlı tarixi çıxış etdi. Dövlət başçısı Ermənistana və ona havadarlıq edənlərə birmənalı şəkildə çatdırdı ki, Azərbaycan əsgəri Şuşa və digər rayonlar azad olunana qədər döyüşəcək, buna heç kəs şübhə ilə yanaşmasın. Bu, Azərbaycan xalqının haqqıdır.
Generallarımız ağıllı əməliyyatlar aparır, qərarları düzgün qərarlardır. O qərarların nəticəsidir ki, bu gün düşmən azğınlaşıb, başını itirib, hara gəldi atəş açır. Düşmən çox depressiv vəziyyətdədir. İtirdiyi xeyli şəxsi heyət, çoxsaylı texnika, ərazilər var. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan, onun havadarları və separatçı qurum bundan sonra heç vaxt Azərbaycan torpaqları ilə bağlı hansısa hərəkət edə bilməz. Çünki onlar Azərbaycan Ordusunun gücünü gördülər. Ordumuz uzun illərdir təlimlərdə hazırlaşırdı və bu gün ortaya çox gözəl nəticə qoyublar. Çox yaxın zamanlarda davamı yenə gələcək və tezliklə xoş xəbərlər eşidəcəyik”.
Akqabay Mıradov

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır