Nida Təhlil
Düşmənin darmadağın edilməsi hərbçilərimizin döyüş bacarığı ilə bağlıdır - ŞƏRH
“1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənov, birlik komandirləri - general-mayor Mayis Bərxudarov, general-mayor Hikmət Mirzəyev hərbi xidmətə başladıqları ilk vaxtdan Azərbaycan Ordusunun ön xətdə dayanan hərbi birləşmələrində xidmət ediblər. Bu baxımdan onlar bir zabit olaraq döyüş bacarığı yüksək səviyyədə olan şəxslərdir”.
Bu fikirləri Publika.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib.
O qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu qiyməti onlara verməsi, təbrik etməsi döyüşçü və hərbçi üçün çox böyük nailiyyətdir: “General-mayor Hikmət Həsənovun döyüş bacarığına şəxsən bələdəm. Mais Bərxudarov, Hikmət Mirzəyev də eyni qabiliyyətə malikdir. Ümid edirəm ki, yaxın vaxtlarda bu generalların rəhbərlik etdiyi birləşmələr işğal altında olan torpaqlarımızı işğaldan azad edib Xankəndidə, Şuşada və digər ərazilərimizdə Azərbaycan bayrağını qaldıracaqlar.
Hazırda hərbi əməliyyatlar yüksək səviyyədə aparılır. Müasir standartlara cavab verən ordumuz müasir imkanlardan və texnologiyalardan istifadə edərək bu əməliyyatları uğurla davam etdirir. Bu baxımdan ordumuzun əks-hücum əməliyyatlarını yüksək qiymətləndirirəm. Son qələbələrimiz Azərbaycan xalqına böyük ruh yüksəkliyi verir. Ordunun bu gün uğurlu hərbi əməliyyatlar həyata keçirməsi, düşmənin bütün mövqelərini, dayaq məntəqələrini və strateji əhəmiyyət kəsb edən hərbi obyektlərini məhv etməsi vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Düşmən ordusunun darmadağın edilməsi Azərbaycan Ordusunun döyüş bacarığı ilə bağlıdır. Bu işdə generallarımızın rolu böyükdür”.
Akqabay Mıradov
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































