Bu sənədlərdə Ermənistan işğalçı adlandırılır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu sənədlərdə Ermənistan işğalçı adlandırılır - ŞƏRH

“Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan BBC-yə son müsahibəsində təkidlə Artsax ifadəsini işlədir və bu ərazilərin Ermənistana aid olduğunu bir daha vurğulayır. O, bu ifadəsindən əl çəkmək istəmir və yeganə dəlili odur ki, Dağlıq Qarabağda yaşayanların 80 faizi ermənilərdir. Ancaq bu vəziyyəti ermənilər yaradıb”.

Bu sözləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Fərhad Hüseynov deyib.

Onun sözlərinə görə, tarixdən də məlumdur ki, ermənilər bu bölgələrdə olmayıb, başqa ərazilərdən buraya köçürülüblər. Beləliklə, bu ərazilərdə süni əhali yaradılıb: “Paşinyan bildirir ki, Azərbaycan istəmir ki, ermənilər burada yaşasın. Bu, çox əsassız bir fikirdir. Əgər biz istəməsəydik, onlar 200 il orda yaşaya bilməzdilər. Son azad olunan ərazilərdə öz evində qalan erməni qadın Azərbaycan hərbçilərinin qarşısına çıxaraq, “evinizə xoş gəldiniz” deyir. BBC-nin jurnalisti müsahibə zamanı Paşinyana bildirir ki, siz kompramisə gedən bir şəxsə bənzəmirsiniz. O isə cavabında “xeyr, kompramisə getməyə hazıram” sözlərini işlədir. Jurnalist isə bildirir ki, hansı güzəştdən söhbət gedir, Dağlıq Qarabağ və ətraf ərazilər qaytarılacaqmı? Ancaq erməni baş nazir yenə də qeyri-konstruktivlik nümayiş etdirir və bunu istəmədiyini, Azərbaycan dövlətinin onların öz müqəddəratını müəyyən etməyə imkan vermədiyini bildirir. Bu, çox absurd bir bəyanatdır. Erməni xalqı öz müqəddəratını müəyyən edib və Ermənistan Respublikasını yaradıb. Fərqli coğrafi məkanlarda eyni xalq öz müqəddəratını neçə dəfə müəyyən edə bilər?! Baxmayaraq ki, öz respublikaları var, ancaq sovetlər dövründə ayrıca muxtariyyət yaratdılar”.

F.Hüseynov qeyd edib ki, bir xalqın öz müqəddəratını müəyyən etməsinin beynəlxalq hüquqda tərifi siyasi statusun müəyyən edilməsidir. Ancaq Ermənistan öz müqəddəratını çoxdan müəyyən edib: “Beynəlxalq hüquq imkan vermir ki, müxtəlif yerlərdə dəfələrlə müqəddərat təyin edilsin. Jurnalist sonda sual verir ki, beynəlxalq hüquqda, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində yazılıb ki, qanunsuz işğal baş verib. Paşinyan isə cavabında deyir ki, elə bir beynəlxalq hüquq yoxdur. 822 saylı qətnamədə bildirilir ki, münasibətlər pisləşib və respublikaların adı çəkilir. 853 saylı qətnamədə təkidlə Ermənistanı BMT-yə çağırırlar ki, Dağlıq Qarabağ Azərbaycanın regionudur. 884 saylı qətnamədə də qeyd edilir ki, Ermənistana təsir edilməlidir ki, qətnamədə qeyd edilən şərtlərə əməl olunsun. Hətta qətnamələrə uyğun olaraq Ermənistan dəfələrlə BMT-yə çağırılır. Bu sənədlərdə Ermənistan silahlı qüvvələri işğalçı adlandırılır. Qeyd edilir ki, hərbi kampaniyada iştirak edən erməni qüvvələrin öz kampaniyalarının davamı üçün silah-sursat almaması təmin edilməlidir. Bundan artıq Paşinyana nə lazımdır?! Jurnalist deyir ki, bu qətnamələrdə yazılıb ki, Dağlıq Qarabağ Azərbaycanın regionudur. O isə buna münasibət bildirmir, ancaq vurğulayır ki, bizim mövcudluğumuza təhdid var. Paşinyanın burada səsləndirdiyi bütün fikirlər əsassızdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm