Nida Təhlil
Ermənistana son şans verdiyini söyləməklə... - Deputat
“Təmas xətti” və “status-kvo” Minsk Qrupunun işlətdiyi terminlərdir. Onların yoxluğunu vurğulamaqla İlham Əliyev Minsk Qrupuna “bundan sonra şərtləri biz verəcəyik”, ya da “danışıqlar olarsa, bizim şərtlərlə aparılmalıdır”, “şərtlərimiz qəbul olunmasa, ordumuz hücumları davam etdirəcək” demək istəyib.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli qeyd edib. O bildirib ki, bu şərtləri ölkə başçısı Cəbrayılın qaytarılmasıyla bağlı xalqa müraciətində açıqlayıb:
““Ermənistan üçün son şans” sözlərinin gerçək ünvanı Avropa Şurasıdır. Oktyabrın 12-də AŞPA-nın Daimi Komitəsinin iclasında Ermənistanla Azərbaycan arasında döyüşlərin bölgə üçün yarada biləcəyi təhlükələr müzakirə olunacaq. Ermənistana son şans verdiyini söyləməklə İlham Əliyev sonrakı gedişata görə bütün məsuliyyəti Nikol Paşinyanın üstünə atmış oldu”.
Erkin Qədirlinin sözlərinə görə, uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür:
“Onu mümkünsüz edən sistem amilləri var. Şəraitin kəskin dəyişməsi Bişkek Anlaşmasıyla müqayisəni yersiz edir. Ordumuz həm şimal, həm də cənubdan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girib. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə doğru, daha dərinə getməyə çalışacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
