Nida Təhlil
Ermənilər bu yola ona görə əl atırlar ki... - Ceyhun Məmmədov
“Bütün dinlərə xoş münasibət göstərən bir ölkənin erməni kilsəsini hədəf alması absurddur. Bu, ermənilərin növbəti təxribatıdır. Ermənistan Azərbaycanı günahlandırmaq, münaqişəyə dini məzmun gətirməklə Azərbaycanı hədəfə götürmək üçün bu təxribatı özü təşkil edib. Odumuz heç vaxt mülki şəxsləri, tarixi və ya dini obyektləri hədəf almır”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bu gün Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi qeyri-dinlərin nümayəndələridir və bütün dinlərə hörmətlə yanaşılır: “Bu gün Bakının mərkəzində 3 Pravoslav, 1 Katolik kilsəsi, 2 Yəhudi sinaqoqu fəaliyyət göstərir. Ayrı-ayrı dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Ermənistana gəlincə, orada 99 faiz əhali ermənilərdir və digər dinlərin nümayəndələri daim təzyiq altında saxlanılır. Azərbaycanda erməni kilsəsi dövlət tərəfindən təmir olunub və qorunur. Orada 5 minə yaxın erməni dilində olan kitab saxlanılır. Ermənilər bizim İrəvanda, Zəngəzurda, Qarabağda olan bütün məscidlərimizi, qəbirləri, ziyarətgahları dağıdıblar. Onlar Qarabağdakı məscidləri dağıdıb orada heyvan saxlayırlar. Bu cür ənənələrə sahib bir ölkənin kilsəni hədəf alması absurd fikirdir”.
C.Məmmədov bildirib ki, bu, ermənilərin növbəti təxribatıdır və onlar özləri həmin kilsəni dağıdıblar: “Bir sıra ekspertlər də qeyd etdilər ki, bu, heç də silaha məruz qalan obyektə bənzəmir. Ermənilərin öz kilsələrini hədəf seçməsi və bizim üzərimizə atmasında məqsəd Avropanın diqqətini bu prosesə çəkməkdir. Həm də xristianlarla müsəlmanlar arasında bir qarşıdurma yaratmağa çalışırlar. Guya ki, bu münaqişədə dini amil də var və xristianlara qarşı Azərbaycan tərəfindən hansısa qətliamlar törədilir. Bu, ermənistanın növbəti oyunudur. Bütün beynəlxalq qurumların nümayəndələri, dini liderlər dəfələrlə etiraf edirlər ki, Azərbaycan bu gün tolerantlıq, multikulturalizm baxımından ön sıralardadır. Azərbaycan nə üçün gedib erməni kilsəsini hədəf almalıdır ki?! Ölkəmiz bunu heç vaxt etməyib və bunu etmək planı da yoxdur. Azərbaycan ancaq hərbi hədəfləri vurur. Çünki oradan Azərbaycana, mülki insanlara qarşı atəş açılır, roket istifadə olunur və təxribatlar törədilir. Bu baxımdan tərəfimizdən kilsənin vurulması fikri əsassızdır. Ermənistan çıxılmaz və acınacaqlı bir durumdadır. Beynəlxalq aləmin diqqətini özünə cəlb etmək üçün bu cür təxribatlara əl atır”.
Akqabay Mıradov
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”






































