Nida Təhlil
Qərbdən ümidi üzülən Sorosun isterik uşaqları - Paşinyanın SON ÇARƏSİ
“Bundestaqda təmsil olunan, nasist və əsas ideyaları Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarət olan, eyni zamanda ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edən “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü-Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. Bu insanlar onsuz da öz ölkələrində irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edirlər”.
Bu fikirləri Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, hətta onlar o qədər radikal mövqe tuturlar ki, partiyanın həmsədrlərindən biri-ALeksandr Qauland öz niqtlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları" qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı: “Nəinki öz ölkələrində mənfi imicə sahib olan, eyni zamanda demokratik cəmiyyətlərdə də arzuolunmaz şəxslər hesab edilən bu insanların Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfəri heç bir məna kəsb etmir. Odur ki, İrəvanın mərkəzində faşist cəlladı Qareqin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür. Alman nasistlərinin Dağlıq Qarabağa səfəri bir daha sübut edir ki, uğursuzluğa düçar olan Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan, Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir. Ancaq atalar demiş “özgə atına minən tez düşər”.
Ş.Həsənovanın fikrincə, bu gün cəbhədə böyük məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq üçün etdikləri bütün cəhdlər də nəticəsiz qalır: “Belə ki, Paşinyan və komandası nə qədər Sorosla bağlı olsalar da Avropadan istədikləri dəstəyi ala bilmirlər. Bunun isə bir səbəbi var. Azərbaycan dövləti müharibə cəbhəsində olduğu kimi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə də çox uğurlu siyasət aparır. Bundan əlavə, mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə zərbələrə toxunan Avropa İttifaqı öz bəyanatında bildirir ki, hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır. Göründüyü kimi Gəncə terroru ilə bağlı Avropa İttifaqının bu bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidinin doğrulmadığını bir daha sübut edir. Ermənistan tərəfi isə arzu etdiyi nəticəni əldə edə bilmədikdə hər zaman olduğu kimi isterikaya əl atır və Aİ-nin bu bəyanatını isterika ilə qarşılaması da bu dövlətin əsil simasını bütün çılpaqlığı ilə gün işığına çıxardır”.
Akqabay Mıradov
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO