Nida Təhlil
Bu hal Ermənistanın hansı məqsədə və ideologiyaya qulluq etdiyini göstərdi - Politoloq
“Alman Bundestaqından Dağlıq Qarabağa gələn deputatlar yeni yaranan bir partiyanın, nasist “Almaniya üçün alternativ” Partiyasının üzvüdürlər. Onlar neofaşist və neonasist ideyalarını rəhbər tutan, Almaniyanın yalnız almanlar üçün olması şüarını irəli sürən, gəlmələrin ölkədən qovulmasını, irqçiliyi təbliğ edən partiyanın üzvləridirlər”.
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib, bu partiya yeni yaranmasına baxmayaraq alman cəmiyyətinin müəyyən bir hissəsini tərkibinə daxil edərək Alman Bundestaqına daxil ola bilib: “Ancaq bu partiya ölkədə papulyar deyil. Başda Angela Merkel olmaqla bütün siyasilər bu partiyanın qadağan olunmasını tələb edirlər. Ermənistan görün kimlərlə oturub-durur, kimlərlə əməkdaşlıq edir?! Ermənilər müasir Almaniyada alman xalqının nifrət etdiyi neonasist və neofaşistlərlə, Hitleri bütləşdirənlərlə əməkdaşlıq edirlər. Bu, bir daha indiyədək deyilənləri təsdiq edir ki, Ermənistanda irqçi faşist xuntası fəaliyyət göstərir və bu xuntanın ideologiyası neofaşizmdir. Onlar nahaq yerə Qareqin Njdenin heykəlini İrəvanın mərkəzində ucaltmayıblar. Rusiyanın dəfələrlə xəbərdarlığına baxmayaraq həmin heykəli sökmədilər, nə də başqa yerə köçürmədilər”.
Poitoloqun sözlərinə görə, Bundestaqın “Almaniya üçün alternativ” partiyasından olan üzvlərin İrəvana, ordan da işğal altında olan ərazilərə səfəri Ermənistanı daha da gözdən salacaq: “Bu hal Ermənistanda faşist əhval-ruhiyyəsinin olması faktını təsdiq edəcək. Çünki bütün Avropa bu partiyaya çox böyük ehtiyatla baxır və onun qadağan olunmasını tələb edir. Belə bir şəraitdə ermənilər bu neofaşistlərlə iş görür. Bu partiyanın cəmiyyətdə heç bir nüfuzu yoxdur, Azərbaycan dövləti bunun üçün Almaniyadan xüsusi tələblər irəli sürəcək və həmin deputatların haqqında tədbir göndərilməsini xahiş edəcək. Eyni zamanda bu deputatlar dövlətimiz tərəfindən qara siyahıya daxil ediləcək. Zənnimcə, ermənilər qaş düzəltdikləri yerdə gözü də çıxartdılar. Bu partiyanın deputatlarının Dağlıq Qarabağa gəlməsi Ermənistanın hansı məqsədə, hansı ideologiyaya qulluq etdiyini açıb ortaya qoydu. Eyni zamanda bu hal onların beynəlxalq aləmdə olan-qalan nüfuzunu da yerlə yeksan edəcək”.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)







.jpg)



















.jpg)
.jpg)
