Nida Təhlil
Bu, Fransada yaşayan ermənilərin nə qədər təhlükəli olduğunu sübuta yetirir - Mirzəbəyli
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyənə görə Fransanın TF1 telekanalının və jurnalist Liza Budulunun ciddi təzyiq və təhdidinə məruz qalması erməni diaspora təşkilatlarının, eyni zamanda Fransada yaşayan ermənilərin nə qədər təhlükəli olduğunu sübuta yetirir. Bir daha sübut olundu ki, ümumiyyətlə, bu insanlar Fransa cəmiyyətinə inteqrasiya olunmayıb. Onlar nəinki Azərbaycan həqiqətlərini qəbul edə bilmirlər, eyni zamanda bu hadisələri dünya ictimaiyyətinə çatdırmaq missiyasını yerinə yetirən jurnalistlərə qarşı terror təhdidləri irəli sürməkdən belə çəkinmirlər.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, Ermənistan və erməni diaspora nümayəndələri faşist ideologiyası üzərində köklənib.
“Anti-demokratik, totaritar təfəkkirə malikdirlər. Bu insanların informasiya-mətbuat azadlığından hər hansı məlumatları yoxdur. Özlərinin çirkin maraqlarını həyata keçirmək üçün ən amansız terror aktlarına əl atmağa hazırdılar. Bu, artıq Fransa cəmiyyətinə verilən mesajdır. Odur ki, bu və ya digər səbəbdən ermənilərin yalan və böhtanlarına uzun illərdən bəri inanan, onların yalan maşınına çevrilən Fransa mediası və beynəlxalq təşkilatların özləri bunu etiraf etməlidir. Maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, adətən hər hansı yerdə baş verən ən adi kriminal hadisə ilə bağlı dərhal müxtəlif bəhanələr gətirərək həmin ölkəyə qarşı təbliğat kompaniyası aparan jurnalist təşkilatları, o cümlədən İnsan Hüquqları və Azadlıqları təşkilatları bu dəhşətli fakta diqqət yetirməyiblər, Avropa məkanında çalışan bir jurnalistin hüquq və azadlıqlarının qorumasına çalışmayıblar. Bu faktın özü əslində beynəlxalq təşkilatların və qurumların jurnalistin azadlıqlarının müdafiəsində dayanmadıqlarını, özəl, koorparativ, geosiyasi maraqlarının keşiyində dayandığını ifadə edir”.
Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti informasiya müharibəsinin fərqindədir və fasiləsiz olaraq dünyanın ən nüfuzlu media orqanlarına müsahibələr verir.
“Bu çıxışlar Azərbaycan mövqeyinin bütün dünyada yayılmasınında aparıcı yerdə dayanır. Cənab Prezident xüsusi missiya ilə Azərbaycana gəlmiş və yaxud Azərbaycan Prezidentindən müsahibələr alan jurnalistlərin provakativ suallarını belə səbirlə, təmkinlə, iti ağılla və faktlarla cavablandırır. İlham Əliyevin bu səbir və təmkinini, intellektual potensialının qarşılığında qərəz nümayiş etdirən media qurumlarının da mahiyyəti hər kəs üçün açıq olur.
Cənab Prezidentin arqumentlərinin və əsaslaşdırılmış faktlarının qarşısında Ermənistanın ayrı-ayrı rəsmləri, o cümlədən XİN rəhbəri Zöhrab Mnasakyan acınacaqlı duruma düşməyə davam edir. Zöhrab Mnasakyanın CNN-ə verdiyi son müsahibəsində də bu, açıq şəkildə görünür. Ali Baş Komandan sadəcə döyüş meydanında Azərbaycan torpaqlarının işğaldan azad olunması əməliyyatlarına rəhbərlik etmir, eyni zamanda informasiya savaşına da rəhbərlik edir və bu yolda böyük uğurlar qazanır”.
Aytən Məftun
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)




















