Nida Təhlil
Ölkəmizin BMT-nin son müzakirələrinə reaksiyası tamamilə adekvatdır - ŞƏRH
“BMT Təhlükəsizlik Şurasının müharibə başlayandan ötən müddət ərzində iki dəfə Qarabağ problemi ilə bağlı xüsusi qapalı müzakirələr keçirməsi və bir halda heç bir nəticəyə gəlməməsi, ikinci halda isə Azərbaycanın mənafelərinə və beynəlxalq hüquqa uyğun olmayan bir sənədin, layihənin qəbul olunması həddinə gəlib çıxması ciddi düşüncələrə yol açır”.
Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ problemi kontekstində məsələ gəlib aktiv və qaynar müharibə fazasına çıxsa da, Təhlükəsizlik Şurasında olan məlum subyektiv ölkələr hələ də reallığa qayıtmaq istəmirlər və beynəlxalq hüquq prinsiplərinin, eləcə də 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin ruhuna qayıtmaq istəmirlər: “Sentyabrın 29-da və oktyabrın 19-da Təhlükəsizlik Şurasında məsələnin müzakirəsinin sonluğu belə bir qənaətə gəlməyə əsas verir ki, xüsusilə də Şuranın daimi üzvləri Qarabağ probleminin həlli məsələsində öz mövqelərinə dəyişiklikləri labüd şəkildə etməlidirlər. Əks halda, onlar Qarabağ probleminin həlli məsələsinə öz real töhfələrini verə bilməyəcəklər. Xüsusilə də oktyabrın 19-da olan müzakirələrdə Fransanın və Rusiyanın təqdim etdikləri layihədə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin belə adının çəkilməməsi, bu qətnamələrə istinad edilməməsi başa düşülməyən və məntiqsiz bir mövqedir. Çünki Azərbaycan bu gün məhz bu qətnamələrin icrası ilə məşğuldur. Hansı ki, bu qətnamələrin icrası ilə BMT Təhlükəsizlik Şurasının özü və oradakı daimi üzvlər məşğul olmalı idi”.
A.Quliyevin sözlərinə görə, Təhlükəsizlik Şurasında elə prinsipsiz və ləng mövqe tutan, əslində Azərbaycanın deyil, Ermənistanın mövqelərindən çıxış edən daimi üzvlərlə yanaşı, beynəlxalq hüququn prinsiplərinə həqiqi şəkildə hörmətli mövqedən yanaşan Qoşulmama Hərəkatının bəzi üzvləri də təmsil olunur: “Məhz Qoşulmama Hərəkatının həmin üzvlərinin sayəsində BMT Təhlükəsizlik Şurasının son iclasında Fransa və Rusiyanın təşəbbüsü ilə çıxarılan layihənin qarşısını almaq mümkün olub. Fikrimcə, bu şuranın bundan sonrakı bütün yanaşmaları da 93-cü il qətnamələrinin ruhuna, eləcə də həmsədrlərin indiyədək qəbul etdikləri baza prinsiplərinin ruhuna uyğun olmasa BMT Qarabağ probleminin tənzimlənməsi prosesində real şəkildə iştirak edə və real bir töhfə ortaya qoya bilməyəcək. Azərbaycanın bu təşkilatın son müzakirələrinə reaksiyası tamamilə adekvatdır və bu mövqe 93-cü il qətnamələrinə tam şəkildə uyğundur”.
Akqabay Mıradov
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar