Nida Təhlil
Azərbaycan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyə hazırdır - Əmirbəyov
Kanadanın nüfuzlu “Diplomatiya Aləmi” (“Le Monde Diplomatique canadien”) və “Kanada səhəri” (“Le Matin Canadien”) kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Birinci-vitse Prezidentinin köməkçisi Elçin Əmirbəyovun geniş müsahibəsi dərc edilib.
E.Əmirbəyov müsahibədə Azərbaycanın tolerant ölkə olması, dinlər və mədəniyyətlərarası dialoqun beynəlxalq mərkəzinə çevrilməsi, “Bakı prosesi” adlanan beynəlxalq mədəniyyətlərarası dialoqun uğurla reallaşdırılması haqqında oxuculara ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra uğurlu iqtisadi siyasət həyata keçirməsindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasından və strateji beynəlxalq neft və qaz ixrac kəmərləri layihələrinin, həmçinin, Şərq-Qərb və Şimal-cənub nəqliyyat-tranzit layihələrinin təşəbbüskarı və aparıcı ölkə olmasından bəhs edilir.
Daha sonra bildirilir ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Təşkilatına hazırda uğurla sədrlik edir və Azərbaycanın sürətlə artan beynəlxalq rolu və etibarlı, müstəqil və qərəzsiz tərəfdaş olması sübut edilir. Müsahibədə əsas diqqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, münaqişənin tarixinə, Azərbaycanın 20 faiz ərazilərinin, o cümlədən, tarixi Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsinə, orada etnik təmizləmə siyasətinin və Xocalı soyqırımının həyata keçirilməsinə və Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan tərəfindən tarixin və hadisələrin daima saxtalaşdırılmasına əsas diqqət yetirilir.
Qeyd edilir ki, bu etnik təmizləmə nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün mövcuddur, 30 ilə yaxın dövr ərzində onların fundamental insan hüquqları kobud şəkildə pozulur və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin sülh yolu ilə icra edilməsi və bununla da münaqişənin həllini təmin etmək məqsədi ilə yaradılmış ATƏT-in Minsk Qrupu və onun həmsədrləri olan Rusiya, Fransa və ABŞ tərəfindən status-kvonun qəbul edilməz olması bəyanatlarına baxmayaraq, Ermənistan həmsədrlərin bu müraciətlərinə və beynəlxalq hüquqa məhəl qoymayaraq danışıqlarda qeyri-konstruktiv yanaşma nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həllinə ciddi mane törədib.
Bununla yanaşı, Ermənistan bu müddət ərzində daima təxribatlara əl atıb, həm danışıqlarda, həm də hərbi təxribatlara və sonuncu belə bir hərbi təxribat 27 sentyabrda baş tutub və buna cavab olaraq Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb. Səfir Elçin Əmirbəyov Ermənistanın Baş naziri Nikol Paşinyanı təxribatlarda günahlandıraraq vurğulayıb ki, döyüş meydanında uduzan Ermənistan Azərbaycan ərazisində yerləşən, o cümlədən, münaqişə zonasında çox uzaqda yerləşən şəhərlərdəki mülki əhalini və infrastrukturu öz ərazisindən hər gün hədəfə alır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəklində pozur və müharibə cinayəti törədir. Bunların nəticəsində bu günədək 65 mülki şəxs, o cümlədən, 10 uşaq həyatını itirib, 292 nəfər yaralanıb, 2000-dən çox ev isə dağıdılıb. N.Paşinyanın bu təxribatlarının məqsədi isə KTMT ölkələrini bu münaqişəyə cəlb etməkdir.
Diqqətə çatdırılır ki, atəşkəs münaqişənin həlli deyil, münaqişə həll edilmədən atəşkəs çox davam edə bilməz. Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri Dağlıq Qarabağdan çıxarılsın və Azərbaycan oradakı mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır. Azərbaycan substantiv danışıqlara hazırdır, lakin əfsuslar olsun ki, darmadağın edilmiş və özünü çıxılmaz vəziyyətə salmış hərbi cinayətkar N.Paşinyan münaqişənin diplomatik həllini istisna edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan işğalçı ordusunu Azərbaycan ərazisindən dərhal çıxarmalıdır və Azərbaycanın əzəli torpaqlarının qanunsuz işğalına birdəfəlik son qoyulmalıdır.
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA