Elçin Əhmədov: “Cəsədlərin qəbulu Ermənistanda faciə ilə nəticələnəcək”
Bizi izləyin

Nida Təhlil

Elçin Əhmədov: “Cəsədlərin qəbulu Ermənistanda faciə ilə nəticələnəcək”

“Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur. 30 ildir ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terroru siyasəti aparırlar. Cənab Prezident dəfələrlə öz çıxışında vurğulayıb ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma onun faşist, terrorçu mahiyyəti dəyişməz olaraq qalır”.

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər doktoru, professor Elçin Əhmədov deyib.

E.Əhmədovun sözlərinə görə, bu hadisələr başlayandan bəri müharibə zonasından uzaq olan Gəncəyə, Tərtərə, Bərdəyə və digər rayonlara hücumlar, mülki insanlara qarşı törədilən bu cinayətlər onu göstərir ki, erməni dövləti üçün insan haqları məhfumu yad bir şeydir: “Onlar öz xalqına qarşı da müxtəlif vaxtlarda terror törədiblər. Harada ki, erməni ümummilli hərəkatına qoşulmayan ermənilər var, onları azərbaycanlıların adı ilə aradan götürüblər. Məsələn, Sumqayıtda özləri öldürüb, bizim boynumuza atırdılar. İndi də biz onların cəsədini nə edirik. Amma ona görə onları qəbul etmirlər ki, bu ermənilərin adları, soyadları var, Ermənistan vətəndaşlarıdır. Sabah biz deyəcəyik ki, Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda, bizim torpaqlarda nə işi var idi? İkincisi, bu, Ermənistan auditoriyası üçün ağır nəticə verə bilər. Sabah minlərlə əsgərin meyitinin ora getməsi xaos, sosial narazılıq yaradacaq. Onların yiyələri deyəcək ki, o torpaqlar bizim deyil, bunlar nə üçün gedib orada ölməlidirlər? Ona görə də cəsədlərdən imtina edirlər”.

Professorun fikrincə, cəsədlərin Azərbaycanla Ermənistanın dövlət sərhəddində deyil, döyüş gedən bölgədə mübadiləsini də ona görə istəyirlər ki, Ermənistan ərazisinə cəsədlərin getməsini istəmirlər: “Onların bir sözü var ki, bu müharibəni Dağlıq Qarabağ erməniləri edib. Dağlıq Qarabağın o boyda ordusu var? Dağlıq Qarabağda 40-50 min əhali var. Ondan nə qədər ordu düzəltmək olardı ki?! Ona görə cənab Prezident həmişə vurğulayır ki, Dağlıq Qarabağ ordusu, belə bir qurum yoxdur. Bu, mifdir”.

E.Əhmədov hesab edir ki, cəsədlərin qəbulu Ermənistanda faciə ilə nəticələnəcək:“Erməni cəmiyyəti görəcək ki, bu, başıxarab rəhbərin günahıdır. Əslində, bizə belə rəhbər lazım idi ki, işlərimizə kömək etdi. Ermənistan rəhbərliyinin öz əsgərlərinin cəsədlərini geri almaması da onu göstərir ki, ümumiyyətlə, insan hüquqlarından danışmağa haqqı yoxdur. Mən inanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu zaman gələcək bütün işğal altında olan torpaqlarda öz üçrəngli bayrağını qaldıracaq. Buna əminik. Çünki yolumuz haqq yoludur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm