Nida Təhlil
Diplomatik nümayəndəliklərimizə hücumlar ermənilərin çarəsizliyindən irəli gəlir - Deputat
“Ermənilər xarici ölkələrdə yenidən terror və təxribata başlayıblar. Gecə saatlarında Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna ermənilər tərəfindən silahlı hücum olub. Ermənilərin sərhədlərdən kənarda, xarici ölkələrdə diplomatik məkanlarımıza, dinc sakinlərimə hücum etməsinin bir neçə səbəbi var”.
Bunu Publika.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, Ermənistan çarəsizlikdən bu cür cılız addımlara əl atır: “Çünki Cenevrə konvensiyalarına görə, diplomatik nümayəndəliklər dislokasiya olunmuş ölkələrdə tam təhlükəsizlik təminatı alırlar və toxunulmazdırlar. Xarkovdakı fəxri konsulluğumuza və ABŞ-da Los Anceles şəhərində türk kafesinə hücum, oradakı əşyaları dağıtmaq, ayrı-ayrı ölkələrdə soydaşlarımızın üzərinə edilən hücumlar, törədilən təxribatlar çarəsizlikdən irəli gəlir. “Suda boğulan, bir saman çöpündən yapışar” deyimi də indiki halda ermənilərə aiddir. İstənilən özünə hörmət edən, hansısa ümumbəşəri dəyərlərini öz həyatında əsas tutan xalq, millət heç vaxt terrora, təxribata əl atmaz. Döyüş meydanında məğlub olsa belə, ölkə sərhədlərindən kənarda, döyüşlərə aidiyyəti olmayan insanlara hücumlar təşkil etməz. Bu, ermənilərin tarixi xislətindən irəli gəlir. Hətta 19-cu əsrin sonlarında "Daşnaksütyun" və digər partiyaları yaradanda belə onlar terror dəstələrinin o partiyaların tərkibində fəaliyyətini qanuniləşdiriblər. Əsrin əvvəlində olduğu kimi, ondan sonra da çoxlu sayda Avropa ölkələrində, ABŞ-da, Türkiyədə, qonşu Gürcüstanda Azərbaycan, Türkiyə diplomatlarını arxadan vurublar, güllələyiblər. Fətəli Xan Xoyski və onun kimi digər Cümhuriyyət qurucularını, diplomatları, siyasətçiləri arxadan güllələyən xalq nəyə desən qadirdir”.
N.Məhəməliyev qeyd edib ki, bu məsələ ilə onlar hansısa cılız arzularına çata bilərlər və bu yolla da kiminsə diqqətini özlərinə cəlb etmək istəyirlər: “Amma bu, bütün xalqlar arasında ikrah hissi yaradır. Ermənilər heç bir mədəniyyəti, əxlaqı olmayan, ümumbəşəri dəyərlərdən uzaq xalq kimi tanınırlar. Onların bu cılız hərəkəti nifrətə layiqdir və insanlıqdan tamamilə uzaqdır. Doğrudan da onların mərdliyi, hünəri, kişili olsaydı, bacarıqlarını döyüş meydanında göstərərdilər, günahsız insanlara yox. Hesab edirəm ki, istənilən millət, dövlət bunu pisləməlidir. Ermənilər bu hərəkətləri ilə getdikcə dünyada daha da biabır olur. Hətta onlara dost ölkələrin də müxtəlif telekanallarında gördük ki, siyasətçilər onların yalançı gözyaşlarına inanmır, ermənilərin kim olduğunu gözəl bilirlər. ASALA-nın terror təşkilatı kimi tanınması elə hər şeyi deyir”
Akqabay Mıradov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

