Nida Təhlil
Qərblə oxşar mövqe sərgiləyən radikal müxalifətin bu münasibəti... - Aydın Quliyev
“Təəssüf ki, imzalanmış atəşkəs razılaşmasının ayrı-ayrı müddəalarına münasibətdə Azərbaycanda müəyyən müxalifət partiyalarının və bəzi Qərb dairələrinin münasibəti arasında oxşarlıq meydana gəlməyə başlayıb”.
Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev belə deyib.
O bildirib ki, Qərb dairələrinin imzalanmış atəşkəs razılaşmasına bu cür münasibəti əvvəldən gözlənilən idi və başadüşüləndir: “Sentyabrın 27-dən dövlətçiliyə yaxın mövqe sərgiləyərək öz fəaliyyətini dondurmuş bəzi Azərbaycanın radikal müxalifət partiyalarının bu razılaşmanın əleyhinə getməsi və Qərb dairələrinin bəziləri ilə oxşar mövqe nümayiş etdirməsi isə təəccüblüdür. Qərbin münasibətinin öz səbəbləri var. Xüsusilə də Fransa, ABŞ və bəzi Avropa dövlətləri sülhyaratma prosesindən tamamilə kənarda qaldılar. Çünki onlar Minsk Qrupunun həmsədrləri kimi 30 ilə yaxın verilən vaxt ərzində özlərini doğrultmadılar və Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpası, problemin həlli istiqamətində lazımi addımı atmadılar. Buna görə də Türkiyə və Rusiya təşəbbüsü ələ alaraq problemin həlli istiqamətində mühüm addımlar atdılar. Fransanın və ABŞ-ın bu razılaşmanın əleyhinə getməsi həm Rusiyanın qabağa çıxması və Türkiyənin önə keçməsi, həm də onların kənarda qalması ilə bağlıdır”.
A.Quliyevin sözlərinə görə, Azərbaycan müxalifətində bəzi partiyaların Qərblə eyni mövqe nümayiş etdirməsinin bir sıra səbəbləri var: “Müxalifət Dağlıq Qarabağ probleminin həll olunmamış formada qalmasından daha çox siyasi məqsədlər üçün istifadə edə bilirdi. Ancaq Qarabağ probleminin həlli ilə bağlı müəyyən addımlar atılmağa başlayandan sözsüz ki, müxalifətin radikal hissəsinin manevr imkanları məhdudlaşır və indiyədək Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilməməkdə hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlar artıq sıradan çıxır. Ona görə də hazırkı atəşkəs razılaşmasının ayrı-ayrı maddələrinə qarşı özlərinin etiraz mövqelərini ortaya qoymağa başlayıblar. Ancaq əsas məsələ Azərbaycan cəmiyyətinin mövqeyidir”.
Ekspert vurğulayıb ki, cəmiyyətimizin mütləq əksəriyyətinin mövqeyi həm Qərb dairələrinin, həm də Azərbaycan müxalifətində bəzi radikal dairələrin mövqeyini tamamilə təsirsiz səviyyəyə endirir: “Azərbaycan radikal müxalifətində sərgilənən bəzi mövqelər doğrudan da təəccüblüdür. İddia edirlər ki, bu razılaşma Azərbaycan xalqının rəyinin soruşulması əsasında həyata keçirilməli idi. Təkcə bu faktın özü göstərir ki, onlar problemin həllində maraqlı olmayıblar və məsələnin uzadılmasını istəyirdilər. Çünki əldə olunmuş razılaşma ilə bağlı müxalifətin dediyi kimi, xalqın iradəsini ortaya çıxarmaq üçün mütləq referendum keçirilməli idi. Bu referendum da azı 1-2 ay vaxt aparmalı idi. Bu müddət ərzində döyüş meydanlarında əsgərlərin qanının daha çox tökülməsi sanki onlar üçün fərqsiz bir şeydir. Ancaq bu gün elə bir yol tutulub ki, torpaqların böyük hissəsi döyüşlərlə azad edildi, digər hissəsi isə heç bir qan tökülmədən azad olunacaq.
İkinci bir tərəfdən, bu gün Azərbaycan cəmiyyətinin əksəriyyəti bu razılaşmaya imza atan Prezidentin siyasətini tam şəkildə dəstəkləyirsə, onun arxasında gedirsə, bu elə xalqın iradəsi deməkdir. Ona görə də radikal müxalifətin bütün əks arqumenti yerə düşür”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO