Nida Təhlil
Bu, Azərbaycana iqtisadi dividend gətirəcək - RƏY
“İmzalanan sənəddə ən maraqlı bəndlərdən biri Naxçıvanla Azərbaycanın qərb hissəsinin arasında olan kommunikasiyaların açılması məsələsidir”.
Publika.az xəbər verir ki, bunu üçtərəfli bəyanata əsasən, Azərbaycanın Naxçıvanla quru yol əlaqəsinin yaranmasının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti barədə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, bu yolun texniki tərəfləri, marşrutu, təhlükəsizlik, keçidlə bağlı qaydaları tam məlum olmasa da, yaxın günlərdə danışıqlar prosesinin əsas predmetlərindən biri məhz bu dəhlizin, kommunikasiya xətlərinin açılmasıdır: “Burada söhbət həm dəmir yolu, avtomobil yolu, həm də qaz boru kəmərlərinin olmasından gedir. Bu yol 90-cı illərin əvvəllərindən iqtisadi blokada şəraitində yaşayan Naxçıvan üçün kifayət qədər pozitiv məsələdir. Azərbaycan Naxçıvan bölgəsinin təminatı üçün daha başqa ölkələrin ərazisindən istifadə etməyəcək, yəni asılılığımız azalacaq. Bu, çox vacibdir”.

Türkiyənin Orta Asiya ölkələri ilə ticarəti Azərbaycan üzərindən etdiyini diqqətə çatdıran N.Cəfərli qeyd edib ki, daha çox Gürcüstan tərəfdən yüklərin daşınması baş verirdi: “Ancaq bu yolun təhlükəsiz şəkildə fəaliyyəti Türkiyə ilə Orta Asiya arasındakı ticarətin sürətini artıracaq və loqistika qiyməti ucuzlaşacaq. Çünki Azərbaycandan keçmək şərtilə Gürcüstan ərazisindən Orta Asiyaya yükdaşımalar baha başa gəlirdi. Ona görə ki, yol uzun idi. İndi isə qısalacaq və ucuz marşrut xətlərinin açılmasına səbəb olacaq. Bu da Naxçıvan iqtisadiyyatına əlavə gəlir gətirəcək. Söhbət təkcə tranzit xərclərindən getmir, həm yükdaşıma şirkətlərinin Naxçıvan, Azərbaycan ərazisində xərclədiyi vəsaitdən, həm də Bakı limanının yükdaşımalarının artması nəticəsində əlavə gəlirlərdən gedir. Bu yol həm Naxçıvan, həm də ümumilikdə Azərbaycan üçün kifayət qədər iqtisadi divident gətirəcək”.
Cəfərli onu da vurğulayıb ki, Naxçıvanla Azərbaycan arasındakı dəhlizin açılması İranın Naxçıvanla sərhəd bölgələrindən yüklərin daşınmasını da asanlaşdıracaq: “Çox güman ki, bununla bağlı İranla da hansısa müqavilələr imzalanacaq. Bu, İrana da əlavə dividentlər gətirəcək bir yoldur”.
Şamo Emin
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)







.jpg)



















.jpg)
.jpg)
