Nida Təhlil
Niderland unudur ki, 3 qitədə onlarla xalqı əsarətdə saxlayıb - Politoloq
"Azərbaycanın mütləq qalibiyyəti və Ermənistanın faktiki olaraq kapitulyasiyaya getməsi Avropanın bəzi az sayda ölkələrində olduğu kimi erməni diasporu və lobbisinin təsiri altında olan Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob, ultra-millətçi qüvvələri fəallaşdırıb".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, reallıqla heç cür barışmaq istəməyən qüvvələrin səyi ilə Niderland Parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub: "Ədalət prizmasından yanaşaraq qeyd etməliyik ki, Niderland hökuməti parlamentdəki bu təxribatçı addımları müəyyən mənada neytrallaşdırmağa çalışsa da, aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açmasına rəvac verir. Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edərkən parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı Stef Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, bütövlükdə bu cür ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə bildirib".
Politoloqun sözlərinə görə, Niderland unudur ki, keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi siyasət yürüdərək 3 qitədə onlarla xalqı əsarətdə saxlayıb: "Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziyada Niderland hərbçiləri tərəfindən bir çox qətllər törədilməsi nəticəsində mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü türk nazirlərə qarşı da kəskin münasibətdə göstərib. İndi də Niderland cəmiyyətində Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq islamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi müşahidə olunur. Ümumiyyətlə, Avropa İttifaqı daxilində sonradan birliyə daxil olmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib.
Özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini radikal elementlərin təbliğ oldunduğu ideologiya və ultra-sağçı ekstremist siyasətçilərin müəyyən etməsi olduqca təəssüf doğuran haldır. Niderland deputatlarının bu cür təxribatlara yol verməsi ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi həm Azərbaycanda, həm də beynəlxalq münasibətlər sistemində olan nüfuzuna ləkə gətirir. Bu cür addımlarla onlar Azərbaycanda Niderland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına alırlar".
Akqabay Mıradov
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı







































