Nida Təhlil
Həmsədr ölkələr Prezidentin sözlərindən ciddi nəticə çıxarmalıdır - RƏY
"Prezident İlham Əliyevin Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri ilə prinsipial və aydın söhbəti həm müharibənin, həm Ermənistanın cinayətlərinin, həm də Minsk qrupunun timsalında beynəlxalq vasitəçilərin fəaliyyətlərinin əsl mahiyyətini göstərmək baxımından qiymətli faktlarla zəngindir".
Publika.az xəbər verir ki, bu sözləri "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycan hakimiyyətinin rəsmi dəvəti olmadan həmsədr ölkələrin nümayəndələrinin regiona bu səfərinin əsl məqsədinin nədən ibarət olması aydın olmasa da, həmin ölkələr azacıq ədalətli və obyektiv olacaqları təqdirdə Prezidentin çıxışından özləri üçün xeyli faydalı məqamlar çıxara bilərlər: "Bu 30 ildə dünyanın Fransa və ABŞ kimi güclü ölkələrinin Ermənistana nə üçün zərrə qədər təsir göstərə bilmədiklərinin səbəbi onların özləri üçün də maraqlı olmalıdır. Əslində Azərbaycana 30 il çətinliklər yaşatmış işğal problemi bizə bir cür, vasitəçi ölkələrə isə başqa cür ziyanlı təsirlər göstərib. Azərbaycan işğalın birbaşa ağır nəticələrini 30 il çəkdi, hələ bundan sonra da bir neçə il onun fəsadlarını aradan qaldırmaq kimi problemin həlli ilə məşğul olacaq. Həmsədr ölkələr isə ilk növbədə Fransa və ABŞ erməni lobbisinin təsirindən çıxa bilməmək kimi real görüntü altında özlərinin dünyadakı nüfuzunu ağır zərbə altında qoydular. Azərbaycanın erməni təcavüzünün bütün nəticələrini müəyyən vaxt intervalında aradan qaldıracağı şəksiz məlum olduğu halda Fransa və ABŞ-ın öz nüfuz itkilərini nə zaman bərpa edə biləcəyi xeyli qaranlıq görünür. Prezident İlham Əliyevin birbaşa üzə deyilən səmimi, əsaslı və ədalətli tənqidi həmsədr ölkələri öz xarici siyasətlərində köklü düzəlişlərə yönəltmək baxımından da xeyli əhəmiyyətlidir. Həmsədr ölkə nümayəndələri bir daha gördülər ki, Azərbaycan dostlarına da, vasitəçilərə də münasibətdə səmimi siyasət aparır və illərdən bəri münaqişənin həlli formulları barədə Azərbaycanın platforması tam doğru və real imiş. Prezident münaqişə kontekstində yeni siyasi vəziyyətin tam olaraq Azərbaycanın üstün səyləri əsasında ortaya gəldiyini həmsədr nümayəndələrə aydın təqdim etdi".
A.Quliyev qeyd edib ki, ölkə başçısı münaqişənin həll edildiyi və torpaqların azad edilməsi kimi mübahisəsiz nəticənin əldə olunmasında Fransa və ABŞ-ın həmsədr ölkələr olaraq real şəkildə bir şey etmədiklərini cəsarətlə, lakin mütləq ədalətlə bəyan etdi: "Prezidentin çıxışının çox əhəmiyyətli məqamlarından biri də bundan sonrakı proseslərdə Fransa və ABŞ-ın da iştirakına imkan verən real çərçivə təqdim etməsi oldu. Əslində Prezident İlham Əliyev regionun sonrakı sülh proseslərində Fransa və ABŞ-ın iştirakının aydın Yol Xəritəsini ortaya qoydu. Bu görüşə qədər Fransa və ABŞ-ın sonrakı regional sülh prosesində konkret hansı platforma ilə iştirak edəcəkləri barədə özlərinin aydın təsəvvürə malik olub-olmadıqlarını demək çətindir. Ancaq Azərbaycan Prezidenti Fransa və ABŞ nümayəndələrinə sonrakı prosesdə necə iştirak edəcəklərini çox aydın dedi. Xalqları sülhə hazırlamaq, etnik barışıq və etimadı təmin etmək, kommunikasiyaların bərpasına real təsir göstərmək - Azərbaycan Prezidentinin onlara göstərdiyi çərçivənin dəqiq elementləridir. Əgər həmsədr ölkələr İlham Əliyevin təqdim etdiyi çərçivədə işlərini qura bilsələr, regionumuzun sülh və quruculuq taleyində öz iştirak paylarını əhəmiyyətli dərəcədə artıra bilərlər".
Ekspert əlavə edib ki, dövlət başçısının həmsədr ölkə nümayəndələrinə göstərdiyi dəyərli istiqamətlərdən biri də Ermənistana münasibətdə ciddi siyasi korreksiya ilə bağlıdır: "Həmsədr ölkələr İlham Əliyevin sözlərindən ciddi nəticə çıxarmalı və Ermənistanın sonrakı davranışlarına əsaslı təsir göstərməlidir. Əks halda Ermənistanın regionda bundan sonrakı bütün ehtimal olunan neqativ davranışlarının məsuliyyətini Fransa və ABŞ hökuməti də daşımalı olacaq. Prezidentin çıxışının qiymətli məqamlarından biri də regionun bərpa, sülh və quruculuq prosesində bütünlüklə Minsk qrupunun rolunu artırmaqdan ibarətdir. Qrupun fəallaşması fonunda qardaş Türkiyənin roluna xüsusi önəm verilməsi İlham Əliyevin nə qədər obyektiv və dost-qardaş ölkələrə sadiq olduğunu bir daha nümayiş etdirdi".
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz