Ruslar erməniləri qoruyur, Azərbaycanın bu addımı ÖLDÜRÜCÜ OLACAQ - Kuznetsovdan SENSASİYA
Bizi izləyin

Nida Təhlil

Ruslar erməniləri qoruyur, Azərbaycanın bu addımı ÖLDÜRÜCÜ OLACAQ - Kuznetsovdan SENSASİYA

Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlıları ya zəif təlim görüblər, ya da Xankəndidə arxalarında gizlənən erməni terrorçularına açıq şəkildə mane olmayaraq, onların Azərbaycan ordu birləşmələrinə hücumlar təşkil etmələrinə icazə verirlər. Əslində, onlar bununla erməni ekstremistlərinin Azərbaycan ərazilərində həyata keçirdikləri partizan-təxribat müharibəsinə ortaq olurlar.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı hərbi ekspert Oleq Kuznetsov Qarabağdakı azərbaycanlı hərbçilərə qarşı törədilmiş və itki ilə nəticələnən növbəti hücumu şərh edərkən söyləyib.

“Bu cür hərəkətləri sərt şəkildə yatırmaq əvəzinə, rus sülhməramlıları buna göz yumurlar. Dağlıq və meşəlik ərazilərdə qış şəraitində olan ermənilərin kəşfiyyat və təxribat qrupları hərəkət, cəmləşmə və geri çəkilmə yollarında izlər buraxmaya bilməz.

Mən bu işdə təcrübəsi olan şəxs kimi rus sülhməramlılarının erməni terrorçularının Azərbaycan hərbçilərinə hücumlarının hazırlanması barədə heç nə bilmədiklərinə inanmaram. Əks halda kəşfiyyat və sülhməramlı kontingentin əks-kəşfiyyatı çox bərbad işləyir. Buna görə də rus sülhməramlılarının hücumlardan xəbərdar olduqlarına, lakin qəsdən onların qarşısının alınması üçün tədbirlər görmədiklərinə əminəm”, - politoloq bildirib.

Onun sözlərinə görə, bunun iki səbəbi ola bilər:

“Ya erməni yaraqlılarının Azərbaycan mövqelərinə tərəf yönəldikləri istiqamətlərdəki sülhməramlı postların və mühafizəçilərin komandanlarının hər hansı şəxsi təşəbbüsü və maliyyə marağı, yaxud da erməni terrorçularına gizli yardım haqda şifahi əmrin icrası.

Azərbaycan yaranmış şəraitdə həm ölkə daxilində, həm də beynəlxalq arenada qalib imicini möhkəmləndirmək üçün ən sərt cavab tədbirləri görməlidir. Əvvəla, Azərbaycan hərbçiləri rus sülhməramlılarının fikirlərinə açıq-aşkar məhəl qoymayaraq Hadrut ətrafındakı bütün boş kəndləri tutmalıdır. Onların (rus sülhməranlılarının – red.) vəzifəsi gələcəkdə erməniləri məskunlaşdırmaq üçün Azərbaycan ərazilərini deyil, dinc erməni əhalisini qorumaqdır. Buna görə də öz təhlükəsizliyini təmin etmək naminə, Azərbaycan hərbçiləri yerli separatçı terrorçularını cəmləşmə və hücum hazırlığı apardıqları yerlərdən məhrum etmək üçün Qarabağın bütün boş kəndlərini nəzarətinə götürə bilər. Bu vəziyyətdə rus sülhməramlılarının rəyi açıq şəkildə nəzərə alınmaya bilər, çünki onlar Qarabağın erməni separatçı döyüşçülərini və Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını ayırmaq vəzifələrinin öhdəsindən gələ bilmir. Rus sülhməramlıları Hadrut bölgəsində təhlükəsizliyin təmin edilməsində bu qədər acizdirlərsə, Azərbaycan Ordusu bu missiyanı öz üzərinə götürməlidir, bir halda ki, dünənki hücum bir ilk deyildi”.

Mütəxəssis hesab edir ki, erməni silahlılarının bundan sonra Ermənistan tərəfinə nümayiş üçün əsir götürülməsinə ehtiyac yoxdur, onlar (eremənilər – red.) ya yerində məhv edilməli, ya da dindirmənin ən sərt formalarından istifadə edilərək, erməni silahlılarının yerləşdiyi yerlər haqqında məlumat mənbəyi kimi istifadə edilməlidir:

“Bundan sonra İsrailin terrorçularla mübarizə təcrübəsini yada salaraq, rus sülhməramlılarının post xətti arxasında olsa belə, yaraqlıların məskunlaşdığı yerlərə qabaqlayıcı raket-artilleriya zərbələri endirilməlidir. Azərbaycan öz ərazisində öz təhlükəsizliyini təmin etmək üçün suveren hüquqa malikdir, sülhməramlılar bu məsələdə ona mane olmağa deyil, kömək etməyə çağırılıblar. Əminəm ki, belə bir nümunəvi qətliam əməliyyatı hələ də Xankəndidə oturan erməni separatçılarının və Rusiya sülhməramlılarının ağlını başına toplayacaq, çünki Kreml ona reaksiya verməyə məcbur olacaq. Nəticədə, Rusiyanın ali siyasi rəhbərliyinə terrorçuların və sülhməramlıların, sülhməramlı kontingent komandanlığının və Xankəndidəki erməni separatçılarının liderlərinin təmasları barədə məlumatlar ən bariz şəkildə çatdırılacaq. Üstəlik, İlham Əliyev Qubadlıdakı hərbçilər qarşısında çıxış edərkən erməni yaraqlılarının istənilən təxribatına ən sərt cavabdan danışıb, onun səviyyəsində və miqyasında olan siyasətçilər isə sözlərini küləyə atmır, əks halda ölkənin imicinə və şəxsən Prezidentin özünə mənəvi ziyan vura bilər”.

O əlavə edib ki, Azərbaycan erməni yaraqlılarının qətlə yetirdikləri əsgərlərinin qanı vasitəsilə öz təhlükəsizliyini təmin etmək və erməni terrorçuları və Rusiya sülhməramlılarının əlbirliyinə müqavimət göstərmək üçün müttəfiq Türkiyənin hərbi qulluqçularından öz ərazisində tam istifadə etmək üçün mənəvi hüquq qazanıb:

“İndi Hadrutda Azərbaycan və Türkiyə bayraqları yalnız komendant-polis postlarında deyil, həm də Azərbaycan və Türkiyə hərbçilərinin birgə kontingentinin kazarmaları üzərində dalğalana bilər. Aydındır ki, müasir şəraitdə Azərbaycan özü də ölkənin bütün ərazisi üzərində öz ərazi bütövlüyünü və suverenliyini təmin etməyə qadirdir. Bu faktı həm Xankəndidə, həm İrəvanda, həm də Moskvada eyni dərəcədə dərk etməlidirlər.

Ermənilərə birdəfəlik aydınlaşdırmaq lazımdır ki, partizan-təxribat müharibəsi heçə aparan yoldur. Bu, sonsuz, uzun və səmərəli həyata keçirilə bilməz. Azərbaycanın sərt və qeyri-mütənasib cavab tədbirləri erməni terrorizmi üçün öldürücü olacaq.

Adi müharibədəki məğlubiyyətin ardından qaçılmaz olaraq nizamsız müharibədəki məğlubiyyət gəlir. Bəs ardıcıl iki məğlubiyyət bu qədər qısa müddət üçün çox deyilmi? Anlaşılmalıdır ki, bu hərbi-siyasi təxribatlardakı pay Ermənistanın bir hissəsi deyil, Qarabağdakı erməni əhalisinin statusudur və əgər rəsmi İrəvan bu gün bu bölgədən olan soydaşlarına əhəmiyyət vermirsə, o zaman sürətli bir qisas əməliyyatı gözləyərək elə bu minvalla da avantürasını davam etdirə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm