Nida Təhlil
MİA-nın nizamnaməsi mediamızın yeni “Yol xəritəsi”dir – Baş redaktor
“Hesab edirəm ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 10 ildən artıq fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında daha geniş səlahiyyət və imkanlara malik Medianın İnkişafı Agentliyinin yaradılması dövlətimizin mətbuat sahəsinə diqqətinin növbəti əyani təzahürüdür. Agentliyin nizamnaməsində əksini tapan müddəaları mediamızın qarşıdakı illərdə yeni “Yol xəritəsi” də adlandıra bilərik”.
Bunu Publika.az-a açıqlamasında “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Baş redaktor bildirib ki, agentliyin fəaliyyət istiqamətləri ilə bağlı print media üçün diqqətçəkən ən vacib məqamlardan biri abunə və satışın təşkilində dəstək məsələsidir:
“Hazırda çap mediasının üzləşdiyi əsas problemlər sırasında abunə və satış mühüm yer tutur. Artıq dövlət başçısının təsdiqlədiyi fərmana əsasən, bir çox məsələ ilə yanaşı, bu problemlərin həlli istiqamətində də qurum öz dəstəyini göstərəcək. Mətbuatın iqtisadi müstəqilliyinin təmininin təşkili də diqqətəlayiqdir. Yeni yaradılan qurumun həm də onlayn mediaya dəstək verməsinin nəzərdə tutulması bu sahədə mövcud çatışmazlıq və problemlərin həllində mühüm rol oynayacaq”.
Sevinc Seyidovanın fikrincə, hazırda çap mediasının onlayn formatlarının fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Baş redaktor hesab edir ki, müasir trendlərin tətbiqi ilə mətbuat orqanının həm print, həm də onlayn versiyasının qarşılıqlı fəaliyyətdə inkişafı, yeni yanaşmaların tətbiqi, modern innovasiyalardan geniş istifadə imkanlarının yaradılması media sahəsinin yeni inkişaf mərhələsinə qalxmasına təkan verəcək:
“Medianın İnkişafı Agentliyinin yaradılması ilə bütün bu işlər artıq xaotik deyil, nizamlı və planlı şəkildə, müəyyənləşdirilmiş konkret məqsədə doğru addımlamaqla həyata keçiriləcək”.
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


