Nida Təhlil
Onlar düşmən dəyirmanına su tökməklə məşğul oldular - Deputat
"Post-müharibə mərhələsi yeni milli çağırışlar mərhələsidir. Bu, təkcə quruculuq, böyük qayıdış, Qarabağın dirçəldilməsi, diplomatik müharibədə ayıq-sayıqlığın qorunması ilə məhdudlaşan çağırışlar deyil, həm də ən yeni siyasi tariximizin yenidən öyrənilməsi və siyasi sistemimizin obyektiv əsaslarda təşkili ilə bağlıdır".
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, cəmiyyətimizin bundan sonrakı inkişafı məhz siyasi sistemimizin keyfiyyəti və onun struktur elementlərinin davranışları ilə şərtlənəcək: "Ona görə də Vətən müharibəsində əldə etdiyimiz böyük tarixi qələbə siyasi sistemimizdə də bu qələbənin yaratdığı keyfiyyət dəyişikliklərini əks etdirməyi bacarmalıdır. 2020-ci ilin yekunları ilə bağlı keçirilən videomüşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məsələlərdən biri də məhz bu mövzu ilə bağlı oldu. Şübhəsiz ki, bu, təsadüfi deyildi. Çünki 2020-ci ilin nailiyyətləri sırasında önə çəkilən məsələlərdən biri də parlament seçkilərindən sonra siyasi sistemimizdə yaranan yeni konfiqurasiya, dialoqa və əməkdaşlığa əsaslanan siyasi mədəniyyət və bunun Vətən müharibəsində milli gücümüzə və həmrəyliyimizə verdiyi töhfələr idi".
H.Babaoğlunun sözlərinə görə, təcrübə bir daha göstərdi ki, yaşadığımız mürəkkəb regionda və çətin tarixi mərhələdə milli maraqları yalnız ümummilli səyləri səfərbər etməklə qorumaq mümkündür: "Azərbaycanın siyasi sistemi əslində belə bir gücü nümayiş etdirməyi bacarsa da, sistemin autsayderləri kimi xarakterizə edə biləcəyimiz marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər. Tam əksinə, onlar düşmən dəyirmanına su tökməklə məşğul oldular. Doğrudur, onların bir qismi necə deyərlər, gündəlik siyasi "ruzi" qazanmaq üçün belə davransa da, digər qismi məqsədyönlü, ardıcıl və sistemli şəkildə dövlətimizin, Azərbaycan Ordusunun, bütövlükdə Azərbaycan xalqının maraqlarının əleyhinə fəaliyyət göstərdi. Belə sistemli anti-Azərbaycan fəaliyyətilə anti-milli şura məşğul oldu".
Millət vəkili qeyd edib ki, bu şuranın özəyini öz fəaliyyətləri ilə hələ ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının işğal olunmasına səbəbiyyət verən, siyasi sistemimizdə radikalizmin, dağıdıcılığın təməlini qoyan Əli Kərimli, Cəmil Həsənli və AXC-Müsavat hakimiyyətində vaxtilə təmsil olunanlar təşkil edir: "Milli maraqlarımıza başqa bir istiqamətdən edilən hücumlar isə sosial şəbəkələr və internet resurslarında formalaşdırılır. Onlar əslində vətəndaş mövqeyi nümayiş etdirən fəallar kimi təqdim edilsələr də, fəaliyyətlərinə baxan zaman eyni mərkəzdən eyni məqsəd üçün təşkilatlandırılaraq idarə edildikləri aydın görünür. Təəssüf ki, onları təşkilatlandıranlar da, "sosial şəbəkə fəalları" edənlər də yenə Azərbaycanı sevməyən mərkəzlərdir. Ona görə də bu gün qarşımızda duran ən əsas çağırışlardan və fəaliyyət istiqamətlərindən biri də bu cür anti-azərbaycançı təşkilatlanmalara qarşı mübarizə aparmaq olmalıdır".
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)







.jpg)



















.jpg)
.jpg)
