Nida Təhlil
Almaniyadan Azərbaycana qarşı “Səlib yürüşü” – Deputat DETALLARI AÇDI
Son günlər Almaniya mətbuatında bəzi müəlliflər Azərbaycana qarşı qarayaxma kampaniyalarına başlayıb. Bir çoxları hesab edir ki, Berlin bütün bunları ermənipərəst Parisin təsiri altında edir. Onlar erməni lobbisinin təsiri altında “xristian təəssübkeşliyi” aparırlar.
Yəni 44 günlük müharibənin nəticələrini həzm edə bilməyən Qərb ermənilərə dəstəyini bu cür sərgiləyir. “Azərbaycanda söz azadlığı yoxdur”, “insan haqları pozulur” kimi ittihamlarla üstümüzə hücum çəkmək istəyirlər.
Bəs bütün bunların arxasında kimlər dayanır, Almaniyanın rəsmi, yoxsa qeyri-rəsmi dairələri?
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, Almaniya hökumətinin Azərbaycanla bağlı siyasətində hansısa dəyişiklik hiss edilmir:
“Qarabağla bağlı da Berlinin mövqeyində dəyişiklik yoxdur. Mən görməmişəm. Çox güman ki, son qarayaxma kampaniyaları ölkəmizə qarşı “Səlib yürüşü” aparan qüvvələr tərəfindən həyata keçirilir. Bu ölkədə Azərbaycana qarşı qara kampaniya əsasən mediadadır. Həmin media orqanlarının bəzilərinin fəaliyyəti ilə bağlı ciddi şübhələr var. Onlar müəyyən erməni diasporlarının və onların sahiblərinin təsiri altında olan qüvvələrdir. Mən burada siyasi korrupsiyanı istisna etmirəm. Eyni zamanda, medianın özündə olan korrupsiya da istisna deyil. Yəni səbəblər çoxdur”.
ADİP sədrinin sözlərinə görə, erməni diasporu Azərbaycanı ləkələmək istəyir:
“Onlar Azərbaycana qarşı Avropanın bütün ölkələrində ciddi kampaniyalar aparırlar. Onu da istisna etmirəm ki, burada Azərbaycana qarşı müəyyən qısqanclıqlar da var. Bilirsiniz, ölkəmizin son vaxtlar Avropanın enerji təhlükəsizliyi məsələsində bir sıra tarixi uğurları oldu. Azərbaycan Avropanın qaz təminatı məsələsində mühüm işlərə başlayıb. Bir sıra layihələr işlənilir. Bundan sonra Azərbaycan bu məsələdə Türkmənistanla da birgə fəaliyyət göstərəcək. Ortada çox gözəl bir layihə var. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı artıq razılaşma əldə olunub. Bəlkə də bu proseslər müəyyən dairələrdə qısqancılıq yaradıb. Uğurlarımızı həzm edə bilməyən, qısqanclıqla yanaşan bəzi qüvvələr ermənilərlə birgə bizə qarşı mediada qara kampaniyalar apara bilərlər”.
Tural Turan
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı









.jpg)


.jpg)


























