Nida Təhlil
Onların qarayaxma kampaniyası nəticəsiz qalacaq - Deputat
“Azərbaycanın üzərinə hücum çəkən, qarayaxma kampaniyası aparan Almaniyanın Bakıdakı səfirliyi işğaldan azad olunmuş ərazilərə səfər etməkdən imtina edərək Parislə həmrəy olduqlarını göstərdi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Millət vəkili Almaniyada son günlər Azərbaycana qarşı başlayan qarayaxma kampaniyasının əsassız olduğunu söyləyib:
“Güman edirəm ki, baş verənlərə görə təlaşlanmaq lazım deyil. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq Qərbin maliyyə dəstəyindən, nağd vəsaitlərindən asılı ölkə deyil. Bizim neftimiz var və öz neftimizi onun pulunu ödəmək istəyən hər kəsə satırıq. Yəni bizi heç nə ilə təhdid edə bilməzlər. Neftimizi ödəmək istəyən hər kəsə satırıq”.
R.Musabəyov qeyd edib ki, Fransa, Almaniya və Benilüks ölkələrindən Azərbaycana gətirilən sənaye avadanlıqlarının yerini dolduracaq alternativlər var: “Almaniyanın yerini İtaliya, Yaponiya, Cənubi Koreya, Sinqapur və Çin doldura bilər. Bu ölkələr bütün təminatımızı qarşılamaq gücündədir. Fikrimcə, Almaniya və Benilüks ölkələri Azərbaycanı bu yolla “sancmaq” siyasətlərinin nəticəsiz olduğunu anlayacaq”.
Tural Turan
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi













.jpg)





















.jpg)