Nida Təhlil
Zəngəzur dəhlizinin açılmasını beynəlxalq ailəmdə də dörd gözlə gözləyirlər - DEPUTAT
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə cənab Prezident də vurğuladı ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun vaxtilə Ermənistana verilməsi ümumilikdə türk dünyasına vurulmuş böyük zərbə idi. Möhtərəm Prezidentimiz orada qeyd etdi ki, Zəngəzurun vurulması türk dünyasının sinəsinə saplanan bir xəncərdir. O vaxt Zəngəzurun verilməsi ilə türk dünyası parçalanmışdı. Yəni, torpaq yolu, quru əlaqəsi bağlanmışdı. Bu mənada Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının ən böyük naliyyətlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır”.
Bunu Pubklika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, biz bu savaşda böyük qələbə əldə etdik:
“Torpaqlarımız işğaldan azad olundu. Eyni zamanda, ərazi bütövlüyümüzü bərpa etdik. 10 noyabrda imzalanan üçtərəfli bəyanatla türk dünyası ilə coğrafi bağlılıq yenidən bərpa olundu. Zəngəzur dəhlizinin açılması türk dünyası arasında körpüdür. Bu, beynəlxalq səviyyəli bir dəhlizə çevriləcək. İqtisadi və mədəni əlaqələrin inkişafına daha da töhfə verəcək. Əsasən iqtisadi əlaqələr üçün bu dəhlizin açılması böyük töhfədir. Türk dünyası üçün bu dəhlizin açılması böyük hadisədir. Möhtərəm prezidentimiz də bunu vurğuladı. Bu, hazırda gündəmdə olan, müzakirə edilən pioritet məsələlərdəndir. Zəngəzur dəhlizinin açılmasını regionda da, beynəlxalq ailəmdə də hər kəs dörd gözlə gözləyir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu dəhlizin açılması həm də möhtərəm prezidentimizin təşəbbüsüdür:
“Bu kommunikasiyanın bərpası üçün Azərbaycan və Türkiyə əllərindən gələni edirlər. Sözsüz ki, bu kommunikasiyanın qurulması, bərpası təkcə türk dünyasının deyil, region ölkələrinin də xeyrinədir. Gələcək perspektivdə də Avropa və Asiyanı birləşdirəcək önəmli dəhlizə çevriləcək. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də olduqca əhəmiyyətlidir. 10 noyabr bəyanatından sonra möhtərəm prezidentimizin təşəbbüsü ilə region dövlətləri üçün "3+3" platforması meydana gəldi”.
Deputatın fikrincə, bu layihənin gerçəkləşməsi və Zəngəzur nəqliyyat dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artacaq:
“Hətta deyərdim ki, Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirəcək. Onuz da Azərbaycan bu regionun əsas lider dövlətlərindəndir. Bu layihələrin gerçəkləşməsi, möhtərəm prezidentimizin rəhbərliyi ilə bütün aspektlərdə regionun aparıcı dövlətinə çevriləcəyinə hamımız inanırıq”.
Tural Turan
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi