Nida Təhlil
Polkovnik rabitəçilərin hərbi təlimləri barədə DETALLARI AÇDI
“Azərbaycanla Türkiyə arasında hər il əməkdaşlıq haqqında plan qurulur. Proqram tərtib edilir. Bu proqram hər iki tərəfdən planlaşdırılaraq imzalanır. Bunun əsasında da təlimlər keçirilir. Budəfəki toplanış sırf Azərbaycan və Türkiyə hərbçilərinin, daha doğrusu, rabitəçilərin xüsusi taktiki təlimləridir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov iki ölkə hərbçilərinin növbəti təlimlərindən danışarkən deyib. Polkovnik bildirib ki, həmin xüsusi taktiki təlimlərdə məqsəd rabitəçilərə aid olan tapşırıqları yerinə yetirmək, səhra şəraitində idarəetmə məntəqələrinin yerlərini dəyişmək və orada idarəetməni bərpa, təşkil etməkdən ibarətdir:
“Təlimlərin əsas fəaliyyəti avtomatlaşdırılmış idarəetmə sistemlərinin işə salınması və onların fəaliyyətidir. Eyni zamanda, Azərbaycan və Türkiyədən olan rabitəçilərin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsidir. Rabitəyə aid olan tələblərə uyğun olaraq onun dayanıqlılığı, gizliliyi, şifrəliliyi ilə bağlı tapşırıqlar icra olunur”.

Polkovnik Ramaldanovun sözlərinə görə, bu tapşırıqlar da xüsusi taktiki təlimlərin ssenarisinə uyğun olaraq yerinə yetiriləcək:
“Digər tərəfdən, həmişə olduğu kimi rabitəçilərin də təlimlərində yeni alınan qurğuların işlənməsi, orada rabitəçilərin peşəkarlığının daha da təkmilləşdirilməsi kimi tapşırıqlar və hədəflər qoyulur. Düşünürəm ki, təlim iştirakçıları qarşıya qoyulan tapşırıqları yerinə yetirə biləcəklər. Budəfəki təlimlər həm də ona görə maraqlıdır ki, Azərbaycan rabitəçiləri müharibə təcrübəsi olan rabitəçilərdir. Düşünürəm ki, budəfəki təlimlərdə məhz rabitəçilərin Vətən müharibəsində qazandıqları təcrübələr təsdiq olunacaq. Bu, hər iki tərəf üçün də maraqlıdır”.
Tural Turan
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…







.jpg)

























.jpg)
.jpg)

