Nida Təhlil
Bu şöbə şəhid ailələrini daim diqqətdə saxlayacaq - Deputat
Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradıldı. Bu şöbənin yaradılması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addım kimi qiymətləndirilir. Bu, həmçinin dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını da artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.
Publika.az-a danışan Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, ölkə ərazisinin bütövlüyü uğrunda canlarından keçmiş və öz sağlamlıqlarını itirən şəxslər dövlət qayğısı ilə hər zaman əhatə olunub. Onun sözlərinə görə, bu mənada yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi bundan sonra da bu şəxslərin qayğılarını, problem və istəklərini daim diqqətdə saxlayacaq, qısa zaman ərzində həllini təmin edəcək:
“Dövlətimiz bu şəxslərin sosial problemlərinin həllində yaxından iştirak edir. Həm şəhid ailələrinin sosial problemlərinin həll edilməsində, həm də Qarabağ müharibəsi veteranlarının problemlərinin həllində dövlət qayğısı artırılır. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə avtomobillər verilir, evlər tikilir və digər narahat edən məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları yanında yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi də həm şəhid ailələrinin, həm də müharibədə iştirak edən qəhrəman oğullarımızın problemlərinin, istəklərinin operativ həll edilməsinə yönəldilib. Yəni müharibədə sağlamlığını itirmiş hər bir şəxsin, eyni zamanda şəhid olan hərbçilərimizin ailələrinin birbaşa müraciət edəcəyi bir orqan olaraq o şöbə fəaliyyət göstərir”.
Deputat qeyd edib ki, operativ şəkildə narahatlıq doğuran məqamları yerindəcə müəyyən etmək və həmin məqamların həll edilməsi istiqamətində tədbirlərin görülməsini həyata keçirmək baxımından bu şöbə olduqca əhəmiyyətlidir: “Şöbənin birbaşa fəaliyyət istiqaməti də məhz problemlərin tez bir zamanda həll olunmasını təşkil etməkdir. Dövlətimiz şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarını heç vaxt unutmaz, onlar daim diqqətdədir. Göstərilən qayğı, dəstək bundan sonra daha da artırılacaq. Öz sağlamlıqlarını itirən şəxslər YAŞAT Fondu tərəfindən reabilitasiya mərkəzlərində, xəstəxanalarda, xarici ölkələrdə müayinə və müalicə edilir, onlar ən müasir protezlərlə təmin olunur. Bütün bunlar göstərir ki, müharibə iştirakçıları, qələbəmiz yolunda canlarından keçən şəxslərin ailələri, bu yolda sağlamlıq imkanlarını itirən insanlar daim dövlətin diqqətindədir və hər zaman qayğı ilə əhatə olunacaqlar”.
Akqabay Mıradov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

