Nida Təhlil
Bu Fond Qarabağda dirçəlişi həyata keçirəcək - RƏY
Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir. Bu baxımdan Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu Fond işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini özündə ehtiva edir.
Publika.az-a danışan millət vəkili Ceyhun Məmmədov hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimizin tamamilə yenidən qurulacağını, orada infrastrukturun yaradılacağını bildirib. Onun sözlərinə görə, Fondun dəstəyi ilə müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar:
“Qarabağ Dirçəliş Fondu bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən bir qurumdur. Bu gün Azərbaycan hökuməti bir neçə istiqamətdə fəaliyyət göstərir. Bunlardan biri də erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bizim Qarabağda olan bütün mədəniyyət abidələrimiz, tariximiz, məscidlərimiz, alban kilsələri dağıdılıb. Bütün bunların hamısı dünyaya çatdırılmalıdır ki, ermənilərin nə qədər vəhşi olduğunu hər kəs görsün. Digər bir məqsəd isə Qarabağda dirçəlişi həyata keçirməkdir. Bu məqsədlə də Qarabağ Dirçəliş Fondu yaradılıb”.

C.Məmmədov qeyd edib ki, Fond həm erməni vəhşiliyinin tanıdılması, həm də ona paralel olaraq dirçəliş, bərpa işlərinin həyata keçirilməsi, müəyyən ölkələrdə məlumatlandırmaların aparılması, eyni zamanda investisiyanın təşviqi ilə bağlı müəyyən işlərin görülməsini nəzərdə tutur: “Hesab edirəm ki, bu, əsas missiyaların və qarşıya qoyulan digər vəzifələrin yerinə yetirilməsi üçün yeni bir imkandır. İnanıram ki, Fond onun qarşısında qoyulan məqsədlərə tez bir zamanda nail olacaq. Yəni biz qeyd etdiyimiz istiqamətdə çalışmalıyıq və tez bir zamanda Qarabağın dirçəldilməsi üçün əlimizdən gələni etməliyik. Bir missiya kimi biz müharibədə qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də qarşımızda çox mühüm bir missiya var ki, bu da ermənilərin 30 il ərzində dağıtdıqları, vəhşicəsinə məhv etdikləri əraziləri bərpa etməkdir. Bu Fondun da yaradılmasının məqsədlərindən biri məhz budur. İnanıram ki, Fond qarşısına qoyulan məqsəd və vəzifələri tez bir zamanda yerinə yetirəcək”.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)










.jpg)
















.jpg)
.jpg)
