Nida Təhlil
Azərbaycan dünya erməni faşizminə qalib gəldi - Cavid Osmanov
"Dünən tariximizdə növbəti şanlı günlərdən biri yaşandı. 12 aprel 2021-ci il Azərbaycan tarixinə şanlı hərflərlə yazılacaq. Çünki 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etməklə yanaşı, hərbi qənimətlər də götürüb. Dünənki gün Hərbi Qənimətlər Parkının açılışı kimi tarixdə qaldı. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımız dünən Hərbi Qənimətlər Parkının təqdimatındakı çıxışında bir sıra vacib məqamlara toxundu, o cümlədən vaxtilə Azərbaycan torpaqlarının işğala məruz qalmasının səbəblərini də bir daha açıqladı".
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, biz keçmişimizi unutmamalıyıq və gələcəyimizi qurmaq üçün böyüməkdə olan gənc nəsil hər zaman Azərbaycan tarixini yaxşı bilməli və mənimsəməlidir. Onun sözlərinə görə, hələ 1980-ci illərin əvvəllərində o vaxt sovetlər imperiyasının rəhbərliyi tərəfindən ulu öndər Heydər Əliyevin imperiyada tutduğu yüksək vəzifədən kənarlaşdırılması və cəmi bir neçə gün sonra artıq Ermənistan tərəfindən Azərbaycan torpaqlarına iddiası səslənməyə başlandı:
"Sovetlər imperiyası süquta yetirildikdən sonra isə ölkələr müstəqillik əldə etməyə başladı. Əlbəttə ki, Azərbaycanın müstəqilliyinin ilk illəri heç də asan başa gəlmirdi. Çünki bir tərəfdən erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına iddia etməsi, digər bir tərəfdən isə imperiyanın hərbi qoşunlarının Ermənistana böyük dəstək verməsi, daxildə isə mənfur AXC-Müsavat cütlüyünün xəyanətinin ölkədə xaos və anarxiya yaratması torpaqlarımızın işğala məruz qalmasının əsas səbəbləri idi. İstər 366-cı motoatıcı sovetlər imperiyasının hərbi qüvvələri tərəfindən ermənilərə Xocalı soyqırımının törədilməsindən çox vacib güclü dəstək verməsi, o cümlədən də elə hakimiyyətə gəlmək hərisliyi, nəyin bahasına olursa olsun hakimiyyətdə təmsil olunma hərisliyi ilə ölkədə xaos, anarxiya və Azərbaycan ordu hissəciklərinin onların əllərində bir alətə çevrilməsi, ölkədə vətəndaş müharibəsinin başlanmasına gətirib çıxarılması, xaosun, anarxiyanın olması əlbəttə ki, AXC-Müsavat cütlüyünün məhz torpaqlarımızın işğala məruz qalmasına gətirib çıxardığı xəyanətlərin bir hissəsidir".
C.Osmanov qeyd edib ki, Şuşanın işğalı məsələsi AXC-Müsavat cütlüyünün hələ mart ayından 1992-ci ildə müdafiə naziri işləmiş AXC-Müsavat nümayəndəsinin Şuşanı ermənilərə döyüşmədən təhvil verməsi elə bu cütlüyün ən böyük xəyanəti idi və məhz bundan sonra onlar hakimiyyətə gəldilər: "Görünən odur ki, onların xəyanəti nəticəsində Azərbaycan xalqına qarşı soyqırımılar törədildi. Azərbaycanın bütövlükdə iqtisadiyyatı talan olundu, xalqın malı-mülkü talan olunaraq xaricə daşındı. O cümlədən torpaqlarımızın işğala məruz qalmasının da elə səbəbkarları AXC-Müsavat cütlüyünün xəyanətkar üzvlərinin əməli nəticəsində baş verib".
Millət vəkili əlavə edib ki, bundan sonrakı mərhələdə bir il hakimiyyətdə olduqları müddətdə Laçının, Kəlbəcərin işğala məruz qalması da məhz AXC-Müsavat cütlüyünün xəyanətinin birbaşa nəticəsidir: "1993-cü ildə çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı bir daha ulu öndərimizə üz tutdu və Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra məhz bütün bu xəyanətlərin, özbaşınalığın, xaosun, böhranın qarşısı alındı, Azərbaycan demokratik prinsiplərə uyğun olaraq, sivil bir ölkə kimi inkişaf etməyə başladı. Son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyev ilk növbədə Azərbaycanın güclü iqtisadiyyatını təmin etdi, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaş ölkəyə çevrildi. Azərbaycan bu gün Avrasiya məkanının ən əlverişli logistika və nəqliyyat mərkəzinə çevrilib. Ölkəmiz eyni zamanda peyk ölkəsinə çevrilib. Bununla yanaşı, daim xalqımızın, xüsusən yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, vətənə bağlılıq sevgisinin aşılanması, o cümlədən müasir, güclü, qüdrətli ordunun quruluşu, müasir texnika və texnologiyaya yiyələnməsi, peşəkar ordunun qurulması və ən başlıcası da xalq-iqtidar birliyi, Azərbaycan xalqının milli birliyi bu Vətən müharibəsində qələbəmiz oldu".
Cavid Osmanov vurğulayıb ki, Vətən müharibəsindəki qələbəmiz bir çox vacib məqamlarla yadda qalıb: "Birincisi, torpaqlarımız işğaldan azad olundu və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Azərbaycan dünya erməni faşizminə və ermənilərin havadarlarına qalib gəldi. O cümlədən, Zəngəzur dəhlizinin işə salınması coğrafi baxımdan bütövlükdə Türk dünyasının bağlantısını təmin etmiş oldu. Azərbaycan müharibə qabiliyyətinə görə 21-ci əsrin müharibəsini apardı ki, məhz bu gün dünyanın aparıcı ölkələri Azərbaycanın 44 gün ərzində əldə etdiyi bu möhtəşəm qələbənin bütün aspektlərini öyrənirlər və öz ölkələrində ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmağa çalışırlar. Azərbaycanın bu parlaq qələbəsini bütövlükdə Türk dünyasının qələbəsi kimi qiymətləndirmək olar və müsəlman ölkələri haqqında yaradılmış mənfi stereotiplərə də son qoyulması ilə nəticələndi.
AXC-Müsavat cütlüyünün o vaxtkı xəyanətkar üzvləri bu gün də xalqımıza, dövlətçiliyimizə və milli birliyimizə qarşı xəyanət etməyə davam edirlər. Xüsusən də burada Milli Şuranın üzvləri, AXCP-nin üzvləri və sədri bu işdə daha fəaldır. Amma Azərbaycan xalqı bunların erməni lobbisinə, Azərbaycanı zəiflətmək istəyən ayrı-ayrı qüvvələrə xidmət etmələrini çox yaxşı bilir və bu xəyanətkarları nəinki Azərbaycanın siyasi arenasından, ümumiyyətlə cəmiyyətdən silib atıblar".
Akqabay Mıradov
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO