Nida Təhlil
Xalqlarımızın rifahı naminə bundan istifadə etməliyik - Deputat
“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri uzun illər əvvəl əsası qoyulmuş ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Belarus Azərbaycana dost ölkədir. Hər iki ölkəni yaxın tarixi keçmiş birləşdirir. Siyasi-iqtisadi, hərbi-sənaye, ticari, mədəni sahələrdə kifayət qədər effektiv şəkildə əməkdaşlıq mövcuddur. Beynəlxalq platformalarda eyni mövqe sərgilənir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, Belarus Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, hər zaman ölkəmizə qarşı ədalətli mövqe sərgiləyib:
“Bunun da əsas səbəbi Belarusun ən çətin maliyyə böhranı yaşadığı dövrdə Prezident İlham Əliyevin göstərdiyi dəstəkdir. Belarusda informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, maşınqayırma, aqrar, səhiyyə, təhsil sahələri inkişaf edib. Səfər çərçivəsində imzalanmış sənədlər energetika, qida təhlükəsizliyi, baytarlıq, turizm, sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır”.
Millət vəkili qeyd edib ki, A.Lukaşenkonun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin göstərdiyi səyləri xatırlatması xüsusi marağa səbəb oldu:
“Münaqişənin sülh yolu ilə, qan tökülmədən həll olunması üçün cənab Prezidentin Qarabağla yanaşı Ermənistanın da iqtisadiyyatının inkişaf etdiriləcəyi barədə təklifləri ən yüksək qiymətə layiqdir. Hesab edirəm ki, belə yanaşma dövlət başçımızın insan həyatına verdiyi ən yüksək qiymətdir. Zamanla bir çox sirlərin üstü açılır. Aydın olur ki, hərb variantına qədər Prezident İlham Əliyevin bütün mümkün vasitələrdən istifadə etməsinə baxmayaraq, erməni tərəfi göstərilən alicənablığı qiymətləndirə bilməyib. Nəticə göz qabağındadır. İkinci məqam, Lukaşenkonun İlham Əliyevi MDB məkanının ən savadlı, intellektual, dünya siyasətini yaxşı bilən Prezidenti adlandırması hər birimizi qürurlandırdı”.
Nəsib Məhəməliyevin fikrincə, Belarus və Azərbaycanın gələcəkdə də əməkdaşlıq etməsi üçün geniş imkanlar mövcuddur və xalqlarımızın rifahı naminə bundan istifadə etməliyik.
Tural Turan
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto








.jpg)







.jpg)






















