Nida Təhlil
Bu, qərəzin bariz nümunəsidir - Millət vəkili
Təəssüf ki, AŞPA-da ikili standartlar özünü göstərir, erməni lobbisi və onun himayədarlarının zaman-zaman ölkəmizə qarşı qərəzli və ədalətsiz münasibətinin şahidi olmuşuq. Son sessiyayda da hər hansı bir araşdırma aparılmadan, ədalətli məlumatı toplamadan erməni nümayəndə heyətinin və onlara himayədarlıq edənlərin təhriki ilə Azərbaycan əleyhinə kompaniya başlanıb.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir:
“60 nəfər terrorçunun Azərbaycan hərbi əsir kimi saxlanılması heç bir həqiqətə uyğun deyil. Hamı bilir ki, həmin hərbi terrorçular müharibə qurtarandan sonra Ermənistanın ərazisindən keçiblər və silahlı şəkildə əsir götürüblər. Bütün bunları bilə-bilə AŞPA-nın sessiyasının gündəliyinə salınması artıq qərəzin bariz nümunəsidir.
Hərbi Qənimətlər Parkı ətrafında da çox böyük ajiotaj yaratmağa çalışırlar. Orada hansısa xalqlara qarşı cüzi də olsa alçaldıcı element yoxdur. Azərbaycan Ordusu real döyüş şəraitində müharibədə qələbə əldə edib. Azərbaycan əsgərinin qənimət kimi götürdüyü silah-sursatlar və atılan ballistik raketlər orda nümayiş etdirilir. Hansı bu raketlərin istifadəsi beynəlxalq konvensiyalara görə qadağandır. Ermənilər bu parkın açılmasını ksenofobiya və onlara qarşı nifaq kimi yozmağa çalışırlar. Reallıq odur ki, hərbi qənimətlərə dair dünya tarixində də parklar və muzeylər mövcuddur. Azərbaycan qoruduğu haqlarını müdafiə edir və real şəkildə gələcək nəsillərə tarixi yaşadır. Erməni faşizmini törətdikləri cinayətləri dünya ictimaiyyətinə və gələcək nəsillərə ötürür. Bütün bunları görməzlikdən gələn AŞPA çox təəssüflər olsun ki, həqiqəti ört-basdır etməyə çalışır. Ola bilsin ki, bir kağız parçasında hansısa qətnamə qəbul olundu. Hesab edirəm ki, bunun Azərbaycan siyasətinə heç bir ciddi təsiri olmayacaq”.
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)







.jpg)



















.jpg)
.jpg)
