Nida Təhlil
Biz İrəvan xanlığının bütün ərazilərinə iddialıyıq – Qafar Çaxmaqlı
“İrəvan Türk Cümhuriyyətinin bir il ərzində keçdiyi yol, onun hədəfləri məlumdur. Biz İrəvan xanlığının bütün ərazilərinə iddialıyıq”.
Bunu Publika.az-a açıqlamasında İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı deyib. İTC Milli Şurasının sədri bildirib ki, vaxtilə indiki Ermənistan ərazisində Azərbaycan xalqına çox böyük ədalətsizlik olub:
“Bizim torpaqlarda süni erməni dövləti qurulub. Həmin erməni dövləti də Cənubi Qafqaza böyük bəlalar gətirib. Biz İrəvan Türk Cümhuriyyətini elan etdikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasını topladı. Bu məsələni müzakirə etdilər. Bizə qarşı iftira atdılar ki, guya biz müəyyən rəsmi dairələrin razılığı ilə İTC-ni yaratmışıq. Əslində, bu, xalqın öz istəyi və arzusu ilə olan bir şeydir. Hətta Paşinyan Təhlükəsizlik Şurasına bu məsələ ilə bağlı “tədbirlər” görülməsi barədə tapşırıqlar vermişdi. İTC ilə bağlı ermənilər hansı “tədbirləri” görəcək, onu biz bilmirik. Biz gözümüzə bütün təhlükələri alaraq bu yola çıxmışıq”.
Qafar Çaxmaqlı ermənilərin İrəvan Türk Cümhuriyyəti rəsmilərinə qarşı terror fəaliyyətlərini də istisna etməyib:
“Hər hansı təhlükədən qorxsaydıq, bu yola çıxmazdıq. Ermənilərin bizə qarşı hər hansı sui-qəsd və sair kimi əməllər həyata keçirməsi ilə bağlı heç bir çəkinəcəyimiz yoxdur. Bilirik ki, başladığımız iş çox müqəddəs işdir. Azərbaycan xalqının milli məsələsidir. Biz hesab edirik ki, təşkilatlanma mütləq olmalıdır. Keçmişdə də belə olub, əvvəlcə dövlətin strukturları elan olunan kimi formalaşdırılır, sonra fəaliyyətə başlayırlar. Məsələn, İsrail dövlətində də belə olub. Biz də o işləri görürük. Artıq İrəvan Türk Cümhuriyyətinin təməlləri atılıb. Əsas məqsədimiz bu ideyanı yaymaq, yaşatmaqdır. Şərt deyil ki, biz sabah İrəvana və başqa yerlərə qayıdacağıq. Əsas odur ki, bu ideya yaşasın, gələcək nəsillərə ötürülsün. Xalqımız bilməlidir ki, İrəvan xanlığının bütün əraziləri bizə aiddir. Nə vaxtsa biz bu torpaqların sahibi olacağıq. Çünki ermənilər üçün ora sadəcə olaraq ərazidir, bizim üçünsə Vətəndir”.
Tural Turan
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi







































