Nida Təhlil
Azərbaycanla NATO arasında sıx əməkdaşlıq mövcuddur - Cavid Osmanov
“1994-cü ilin 4 may tarixindən Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Ötən 27 il ərzində Azərbaycanla NATO arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyalarında xüsusi yer tutur. İlk gündən terrorizmlə mübarizədə NATO-nun yanında olub. Azərbaycan hər zaman terroru pisləyən və ona qarşı mübarizə aparan ölkələrdəndir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, 44 gün davam edən Vətən müharibəsində erməni terrorçularından torpaqlarımızın təmizlənməsi istiqamətində atılan addımlar bir daha dünyaya nümayiş olundu:
“Eyni zamanda, Azərbaycan-NATO əməkdaşlığını ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də gördük. O, Azərbaycanın bir sıra tədbirlərdəki fəallığı ilə yanaşı, ölkəmizin NATO-nun sülhyaratma missiyasının tərkibində Əfqanıstandakı fəaliyyətini də yüksək qiymətləndirdi. Blinken Azərbaycanın bu sahədə çox böyük töhfələr verdiyini diqqətə çatdırdı”.
Cavid Osmanov söyləyib ki, Azərbaycan hazırda heç bir hərbi bloka aid deyil:
“Ölkəmiz NATO ilə hərbi-texniki əməkdaşlıq edir. Eyni zamanda, NATO-nun təşkil etdiyi bir çox təlim və tədbirlərdə yaxından iştirak etdiyi məlumdur. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq həm Azərbaycan, həm də NATO üçün əhəmiyyətlidir. Düşünürəm ki, Azərbaycan NATO ilə bundan sonra da əməkdaşlıqda maraqlı olacaq. Bir daha deyirəm ki, bu, hər iki tərəf üçün çox vacib amildir”.
Tural Turan
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…







.jpg)

























.jpg)
.jpg)

