Nida Təhlil
Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirəcək - Deputat
4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşuldu. Ötən 27 il ərzində Azərbaycanın NATO ilə əməkdaşlığı mütərəqqi yol keçdi.
ABŞ Dövlət katibi bu yaxınlarda Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdi.
Ekspertlər də hesab edir ki, Azərbaycan NATO standartları səviyyəsində müasir və güclü orduya malikdir.
Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət edir. Bütün bunlar Azərbaycan-NATO münasibətlərinə nə kimi töhfələr verə bilər?
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan hər zaman NATO ilə tərəfdaşlıq münasibətlərində olub:
“NATO-nun proqramlarında sərbəst şəkildə iştirak edib. Bu gün Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin tərkibindədir. Daha doğrusu, burada Türkiyə sülhməramlılarının tərkibində sülhməramlı əməliyyatlarda fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan NATO-ya və Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı silahlı qüvvələrinə çox böyük logistik dəstək verir. Eyni zamanda, Azərbaycan NATO-nun üzvü olmaq istəmir. Ölkəmiz öz Silahlı Qüvvələrini bu təşkilatın müasir təcrübəsinə uyğun inkişaf etdirir”.
ADİP sədrinin fikrincə, bununla bağlı bizə ən böyük dəstəyi NATO-da həcminə görə ikinci ən böyük Silahlı Qüvvələrə sahib qardaş Türkiyə verir:
“Hər iki ölkə təlimlərdə birgə iştirak edir. NATO-nun ən yüksək səviyyəli sistemləri Azərbaycan Silahlı Qüvvələrinə gətirilib. 44 günlük Vətən müharibəsindəki qələbəmizdə də bu amilin çox müsbət rolu olub. Mən əminəm ki, Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirəcək. Bununla yanaşı, xatırlatmaq istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Heç bir hərbi bloka üzv deyil. Qoşulmama Hərəkatına sədrliyi həyata keçirən bir ölkə kimi bizim əsas istəyimiz əməkdaşlıq, tərəfdaşlıq və stabillikdir”.
Tural Turan
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)



















