Nida Təhlil
NATO ilə əməkdaşlığımızı yüksək qiymətləndirirəm - RƏY
“NATO ilə əməkdaşlığı son dərəcə yüksək qiymətləndirirəm. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulduqdan sonra tərəflər arasında ən yüksək səviyyədə siyasi dialoq mühiti formalaşdırılıb. Ölkəmiz “Sülh Naminə Tərəfdaşlıq” Proqramının prinsiplərinə uyğun olaraq öz milli maraqları üçün əhəmiyyət kəsb edən bütün məsələlər üzrə NATO ilə əməkdaşlıq edir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, qurumla müxtəlif formatlarda - regional təhlükəsizlik, Qarabağ məsələsi, beynəlxalq terrorçuluqla mübarizə, Əfqanıstanda sülhün təmin olunması, NATO-nun keçirdiyi əməliyyatlarda iştirak və s. bir çox aktual problemlərlə bağlı müzakirələr aparılır:
“Fərdi tərəfdaşlıq və əməliyyat planına uyğun olaraq Azərbaycanın müdafiə və təhlükəsizlik sistemində islahatlar, Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması, enerji təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq aparılır. NATO müasir dünyada ən güclü hərbi-siyasi beynəlxalq təşkilatdır. Bu baxımdan Azərbaycanın NATO üzvü olan və bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil olunan təlimlərdə, kurslarda, konfranslarda yaxından iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir”.
Deputatın sözlərinə görə, Azərbaycan Ordusu son illərin beynəlxalq hesabatlarında dünyanın 50 ən güclü ordusu siyahısında müntəzəm olaraq yer alırdı:
“44 günlük Vətən müharibəsində isə bir çox ölkələrin dəstək verdiyi “məğlubedilməz erməni ordusu”nu darmadağın etməsi ordumuzun gücünün real göstəricisi oldu. ABŞ Dövlət katibinin Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirməsi ordumuzun ən müasir NATO standartlarına cavab verməsinin etirafı idi. Amerika dərk edir ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar nəticəsində regionun təhlükəsizliyini təmin etmək üçün NATO-nun ən güclü 2-ci ordusu hesab olunan Türkiyə Ordusu ilə Azərbaycan Ordusunun olması son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, alyansın Cənub-Şərq flanqının etibarlı şəkildə qorunması iki qardaş ölkənin ordularının daha da yaxın əməkdaşlığından keçir”.
Nəsib Məhəməliyev bildirib ki, NATO ilə gələcək əməkdaşlıq imkanlarına gəldikdə, mövcud format davam etdirilməlidir:
“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi balanslaşdırılmış xarici siyasətə üstünlük verməliyik. Yalnız bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verməklə beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutur”.
Tural Turan
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…







.jpg)

























.jpg)
.jpg)

